İsrail dövləti Brüsseldə, NATO-nun Baş Qərargahında daimi nümayəndəlik açıb.
gundemxeber.az Report-a istinadən xəbər verir ki, nümayəndəliyin rəhbəri vəzifəsinə İsrailin Avropa İttifaqındakı səfiri Aaron Leşno-Yaar təyin olunub.
O, NATO-nun baş katibi Yens Stoltenberqə etimadnaməsini təqdim edib.
Məlumata görə, İsrail dövlətinin səfiri daimi təmsilçiliyin açılmasının ölkəsinə verilən böyük önəm olduğunu bildirib.
Qeyd edək ki, İsrail uzun illərdir NATO-da daimi nümayəndəlik açmaq istəyirdi. Lakin Türkiyə buna veto qoyurdu. Rəsmi Ankara bu vetonu qaldırdıqdan sonra İsrailin NATO-da daimi nümayəndəliyi açılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?