Takistanda keçən bir il ərzində yüzlər sənaye işçisi işdən çıxarılıb Keçən bir il ərzində yüzlərlə sənaye işçisinin ixtisara düşdüyü Qəzvin vilayətinin Takistan şəhərində bir polad zavodunun qapadılması ilə daha 50 fəhlə işsiz qalıb.
Bu haqda məlumat yayan İLNA (Iranian Labour News Agency) agentliyinə istinadən, “Arasbaran Polad” zavodunun təqribən 400 digər işçisi isə keçən ildən bəri tədricən işdən çıxarılmışdı.
İLNA-nın məlumatına görə, təqribən 10 il həmin zavodda çalışdıqdan sonra ağır iqtisadi şəraitdə işsiz qalan fəhlələr dövlət qurumlarına müraciət edərək yardım tələb edirlər.
“Arasbaran Polad” zavodunun işsiz qalan 400-dən artıq işçisindən əlavə, keçən bir il ərzində Takistanda yerləşən “Qəzvin Polad”, “Setabran” və “Sənaye Sistemləri” kimi zavodlar da yüzlər sənaye işçisini işdən çıxarıb.
Son bir neçə ildə müxtəlif vilayətlərə səfər edən İran rəsmiləri ağır məişət durumundan narahatlıqlarını gündəmə gətirən əhali ilə qarşılaşırlar.
Həsən Ruhani Qəzvin vilayətində: Nədən nemətlərə şükr etmirsiniz?
Amma gündəmə gələn şikayətlərə baxmayaraq bir həftə öncə Qəzvin vilayətinə səfər edən prezident Həsən Ruhani “keçən bir ildə ölkənin problemsiz idarə edildiyini” ifadə edib.
“Keçən bir ilin çətin şəraitində ölkə problemsiz idarə olunub. Nədən nemətlərə şükr etmirsiniz?” deyə Həsən Ruhaninin Qəzvin vilayətində dilə gətirdiyi sözlər müxtəlif siyasi-ictimai qrupların təpkisi ilə qarşılaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?