Fiziologiya və tibb üzrə builki Nobel mükafatı yapon alimi Yoşinori Osumi-yə verilib.
Tokio Texnoloji Universitetinin professoru olan Osumi mükafata autofagiya mexanizminin (hüceyrədaxili tullantıların deqradasiyası və emalı) kəşfinə görə layiq görülüb.
Bu mexanizmin kəşfi imkan verib ki, hüceyrənin öz tərkibindəki elementləri necə emal etməsi haqda təsəvvürlər kökündən yenilənsin. Bir sıra xəstəliklər haqda yeni bilgilər əldə edilsin.
Çünki autofagiya mexanizminin pozulması xüsusən yaşlıların tutulduğu Parkinson xəstəliyi, 2-ci növ diabet və bir sıra başqa xəstəliklərlə əlaqədardır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?