Ankaradakı Anadolu liseylərinin birində şagirdlərinə qarşı əxlaqsızlıq edən ədəbiyyat müəllimini ağır həbs cəzası gözləyir.
Milli.Az "Milliyet"ə istinadla bildirir ki, ədəbiyyat müəllimi şagirdlərini hazırlıq adı ilə evinə çağıraraq onlara qarşı əxlaqsızlıq edib. O, masaj adı ilə qızlara toxunub, hipnozdan istifadə edərək onlarla təmasda olub. Bir neçə dəfə bu halla qarşılaşan şagirdlər bunu valideynlərinə bildiriblər. Qızların dediyinə görə, müəllim bəzən evindəki dərsləri yarıçılpaq halda keçib. Bunu öyrənən valideynlər müəllimi polisə veriblər. O, məhkəməyə çıxarılıb. Müəllimin 37 illik azadlıqdan məhrum edilməsi tələb olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?