Ombudsman Elmira Süleymanova əhalini əxlaqsızlıq yuvalarına qarşı mübarizəyə çağırdı.
Trend xəbər verir ki, bunu ombudsman bu gün Milli Məclisdə "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda keçirilmiş "dəyirma masa"da bildirib.
Çıxışında əxlaqsızlıq yuvaları məsələsinə toxunan ombudsman qeyd edib ki, hamı belə hallara qarşı mübarizə aparmalı və öz vətəndaşlıq mövqeyini bildirməlidir: "Bakıda bir elanda göstərilib ki, hər həftənin 5-ci günü gənc qızlar qəlyan çəkməyə dəvət olunur. Bu çox dözülməz bir haldır. Bu əxlaqsızlığa dəvətdir. Belə əxlaqsızlıq yuvalarına qarşı hamı ciddi şəkildə mübarizə aparmalıdır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?