Avstriyanın xarici işlər naziri Sebastian Kurz Türkiyənin Avropa Birliyinə üzvü ola bilməyəcəyini söyləyib.
Avstriyanın xarici siyasət idarəsinin rəhbəri Avropa Birliyinin Türkiyəyə bu işin olacaqmış kimi davrandığını bildirib.
Almaniyanın qəzeti “Die Welt” qəzetinə müsahibə verən Kurz Türkiyənin Avropa Birliyinə üzv ola bilməyəcəyi fikrinin yalnız ona aid olmadığını, bir çox Avropa ölkəsinin dövlət başçılarının da eyni fikirdə olduğunu müdafiə edib.
"Onlar da "Hərçənd ki, müzakirələri davam etdirmək məcburiyyətindəyik. Amma sonunda üzvlük məsələsi həll olmayacaq" deyirlər. Məsələ ilə bağlı Avropadakı siyasətçilərin çoxunun düşündüyü ilə dediyi arasında böyük fərq var. Türkiyə AB üzvü ola bilməyəcək. Bundan əminəm."
Sebastian Kurz ilk dəfə baş nazir olduğu dövrdə Ərdoğana qarşı işlətdiyi ifadələrlə gündəmə gəlmişdi. "Ərdoğana açıqca xəbərdarlıq edirəm" demiş, Ərdoğanla görüşdə isə çox gərgin olduğu müşahidə olunmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?