ABŞ-da respublikaçı Donald Trampın qalib gəlməsi Rusiya Prezidenti Vladimir Putini çətin vəziyyətə salıb. Çünki Kremlin illər öncə yaratdığı düşmən Amerika obrazı rusların gözü qarşısında dağıldı. “Qardian” qəzetində yer alan məqalədə bildirilir ki, Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçiləcəyi təqdirdə Moskva nə edəcəyini bilirdi, amma Trampın qələbəsi Kreml üçün tam gözlənilməz oldu. “Rus parlamentariləri Trampı alqışlayırdılar, amma başa düşmürdülər ki, Amerika daha Rusiyanın düşməni deyil və bu da onların siyasi sistemini zəiflədir”, - məqalədə qeyd olunub. Qəzetdə həmçinin qeyd olunub ki, Putinin qlobal neomühafizəkar tendensiyanın bir hissəsi olmaq xoşuna gəlirdi: “Putin Rusiyası cinsi azlıqların hüquqları, miqrantlara qarşı siyasət və başqa liberal məsələləri Qərbin başına qaxmağı sevir. İndi isə Kreml Qərbdəki dəyişikliklərə necə reaksiya verəcəyini bilmir. Breksit və Tramp yeni reallıqlar kimi Moskvanı küncə sıxışdırır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?