Ukrayna Radasının deputatı Vadim Rabinoviç Ukrayna Baş Prokurorluğuna müraciət edərək, Odessanın eks-qubernatoru Mixail Saakaşvilinin Gürcüstana ekstradisiya olunmasını istəyib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukraynanın “1+1” telekanalına Rabinoviçin özü verib. Onun sözlərinə görə, Saakaşviliyə Ukrayna vətəndaşlığının verilməsi prosesində çoxlu qanun pozuntuları olub:
“Mən qanun pozuntularının düzəldilməsini istəyirəm. Üstəlik, bizim Gürcüstanla beynəlxalq cinayətkarların verilməsi barədə razılaşmamız var. Bir adama görə müqaviləni pozub, Gürcüstanla münasibətlərimizi korlamağa dəyməz”.
Qeyd edək ki, Saakaşvili bir müddət öncə Odessa qubernatoru vəzifəsindən istefa verib. O, istefasına səbəb kimi hakimiyyətin korrupsionerləri himayəyə götürməsini göstərib. Bundan sonra Kiyevlə Saakaşvilinin münasibətləri pozulub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?