Avropa məhkəməsi bu gün Ermənistan hakimiyyəti əleyhinə iki qərar qəbul edib.
Axar.az xəbər verir ki, hər iki qərar insan haqları ilə bağlıdır. Birinci qərar 2002-ci ildə Dağlıq Qarabağda xidmət zamanı ölən Suren Muradyanla əlaqəlidir. Surenin atası Qraç Muradyan Avropa Məhkəməsinə müraciət edərək, oğlunun xəstə olduğu halda müalicə edilmədiyini bildirib. Avropa Məhkəməsi iddianı təmin edib və Muradyanın ailəsinə Ermənistan hakimiyyətinin 50 min avro ödəməsi barədə qərar verib.
Digər qərar isə Manuçuryanın Ermənistan hakimiyyətinə qarşı iddiası ilə bağlıdır. Avropa Məhkəməsi Alaverdi Soxakyanın qətlinə görə 2009-cu ildə həbs edilən Manuçaryanın istintaqının düzgün aparılmadığını və günahı təsdiq olunmadığı halda şübhəlinin həbs edildiyini müəyyənləşdirib və təzminat olaraq Ermənistan hakimiyyətinin 2400 avro cərimə ödəməsi barədə qərar çıxarıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?