Vəkil: "Qərar artıq gecikmişdi və hamısında pozuntular eynidir. Ona görə məhkəmə birləşdirib qərar verdi" Dekabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi Avropa Məhkəməsi 2010-cu il parlament seçkiləri barədə 14 seçki şikayəti üzrə qərarı elan edib. Bu barədə vəkil Əsabəli Mustafayev öz Facebook səhifəsində məlumat paylaşıb. O, bildirib ki, bütün işlərdə azad seçki hüququnun pozuntusu tanınıb. Mənəvi zərərə görə kompensasiya 12 işdə 10 000, 2 işdə 7500 avro təşkil edir: "Məhkəmə bu işləri siyahıdan çıxartmaqdan imtina etdi. Bu o deməkdir ki, həmin işlərin icrasına Nazirlər Komitəsi nəzarət edəcək".
Əsabəli Mustafayev açıqlamasında bildirib ki, Avropa Məhkəməsinin qərarı əsasında aşağıdakı şəxslərə Azərbaycan hökuməti təzminat ödəmlidir: "Xalid Bağırov, Tural Abbaslı, Yeganə Hacıyeva, Əlayif Həsənov, Xəyyam Məmmədov, Əli Qasımlı, Təzəxan Mirələmli, Pərviz Həşımov, Natiq Cəfərov, Eyyub Ümidov, Vüqar Əliyev, Möhübbət Cabbarov,Vahid Cəfərov və Razi Abbasov. Bu şikayətçilərdən yalnız Yeganə Hacıyevə və Xəyyam Məmmədova 7 min 500 avro təzminat ödəniləcək, qalanlarına isə 10 min avro ödənəcək. Bundan əlavə hökumət vəkil xərclərinə də təzminat ödəcəyək. Avropa Məhkəməsi bu şəxslərin azad seçki hüququnun pozulduğunu tanıyıb". Vəkilin sözlərinə görə, qərar artıq gecikmişdi və hamısında pozuntular eynidir. Ona görə məhkəmə birləşdirib qərar verdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?