İtaliya polisi illərdir axtardığı "Rəqqas" ləqəbli Marsello Pesceni bir qəsəbədə gizləndiyi evdə tutub.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, İtaliyada illərdir axtarılan mafiya lideri Marsello Pesce dünən həbs edilərkən evində axtarış aparan polis maraqlı mənzərəylə qarşılaşıb. Mafiozun evinə baxış zamanı Jan-Pol Sartr, Alber Kamyu, Marsel Prust və Qabriel Qarsiya Markes kimi dünyaca məşhur yazarların əsərləri tapılıb.
BBC-nin xəbərinə görə, "Rəqqas" ləqəbli 52 yaşlı Marsello Pesce İtaliyanın cənubundakı Kalabria bölgəsində yaranan "Ndrangheta" mafiyasının ölkənin şimal bölgəsində yayılmasını təmin edən şəxslərdən biri olub.
Qeyd edək ki, 2010-cu ildən bəri qaçaq olan və haqqında 16 il həbs qərarı çıxarılan Marsello Pesce illərlə davam edən axtarışların ardından dünən səhər 5 radələrində Kalabria bölgəsindəki Rosarno qəsəbəsində tutulub.
Pescenin gizləndiyi evə basqın edən polislərdən biri mafiozun üstündə silah yerinə kitab görərkən düşdüyü vəziyyəti dilə gətirib: "Bizim üçün ən böyük sürpriz Pescenin kitablarını tapmaq oldu".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?