Braziliya polisi 30 il axtarışda olan italyan mafiyasının bosunu səhv edib.
56 yaşlı Paskuale Skotti İnterpol və Braziliya polisinin səyi nəticəsində Resifi şəhərində həbs olunub.
Skotti Neapolun əfsanəvi “Camorra” mafiyasının bosu olub. 1980-ci ildə onun 20 nəfərin ölümündə günahkar olması sübut olunub. 1983-cü ildə onu həbs etmək mümkün olmuşdu. 1984-cü ildə müalicə aldığı həbsxana xəstəxanasından qaça bilmişdi. İtaliyada minlərlə avtomobilin axtarışına baxmayaraq, onu tutmaq mümkün olmamışdı.
1991-ci ildə o, yenidən 20 nəfərin qətli, qanunsuz silah saxlamaq və dələduzluq üzrə mühakimə olunub.
Qaçaq mafioz Braziliyada plastik əməliyyat keçirərək, görünüşünü dəyişə bilib. Onu yalnız barmaq izlərinin 30 illik arxivini istifadə etməklə tapmaq olub. Sığınacaq tapdığı ölkədə mafioz ailə başçısına da olubmuş. Polis onu uşaqlarını məktəbə gətirərkən həbs edib. Onun İtaliyaya ekstradisiya olunması gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?