"The İndependent" yazır ki, Çində ailə sədaqətsizliyi ilə üzləşən ər və arvadlar həyat yoldaşlarının nikahdankənar münasibətlərinə qarşı "məşuq və məşuqə ovçularını" kirayələyirlər.
Məqalədə deyilir ki, Ju Lifei belə ovçuları verən firmalardan birinə rəhbərlik edir.
Çanqju Səmimi-qəlbdən Evlilik və Ailə Konsaltinqi firmasının psixoloqları, vəkilləri, məsləhətçi və gözəllik mütəxəssisləri var.
Firmanın bu yaxınlarda bir ailənin tamlığını bərpa etmək üçün həyata keçirdiyi əməliyyat zamanı bir qadının ərinin diqqətini çəkmək üçün, qadının üstünə toyuq qanı çilənib və avtomobili bilərəkdən zədələnib. Firma "qəzaya düşən arvad" ssenarisini beləcə oynayıb.
Demək lazımdır ki, nikahdankənar münasibətlərə qarşı "təxribat əməliyyatları" orta hesabla 6 ay çəkir və 15 mindən 150 min dollaradək xərc tələb edir.
Ju deyir ki, müştərilərinin əksəriyyəti qadınlardır.
Ümumi taktika ər və ya arvadın psixoloqla birləşib "məşuq və ya məşuqənin" qarşısını almasından ibarətdir.
Bəzən məşuqə və ya məşuqun "azdırılması" üçün saxta aşiq də kirayələnə bilər.
"The New York Times" yazır ki, belə "əməliyyatlardan" biri zamanı "sevənləri" ayrımaq üçün məşuqəyə uzaq şəhərlərdən birində yaxşı maaşlı iş təklif olunub.
Junun xidmətləri bahalı olsa da, müştərilər ümid edirlər ki, Çində 2002-ci ildən bəri boşanmaların üç dəfə artması ilə əlaqədar bu xidmətin də qiymətləri düşəcək.
"The İndependent" yazır ki, bu sayaq cəhdlərə baxmayaraq "məşuqə ovçuları" heç də həmişə uğur qazana bilmirlər.
Məsələn, Junun "layihələrinin" 25 faizi iflasa uğrayır.
Amma bu üstünə toyuq qanı çilənmiş arvad ərini geri qaytara bilib. Ayrılıq eksperti onu inandıra bilib ki, məşuqəsi onunla puluna görə münasibət saxlayır.
Tənqidçilər bildirirlər ki, belə xidmətlər mənəvi və hüquqi baxımdan şübhəli sayılmalıdır.
Quanqdonqdakı Əyalət Nikah və Ailə Psixoloqları Assosiasiyasının direktoru Liu Weimin "New York Times" qəzetinə deyib ki, heç bir xidmətlə "ailəni bərpa etmək mümkün deyildir", bu məsələ ərlə arvadın arasında həllini tapmalıdır. Ju bu cür yanaşma ilə razılaşmır.
"Adamların bizi görməyə gözləri yoxdur, amma biz "ədalət" uğrunda mübarizə aparırıq" - deyib "baş məşuqə ovçusu" (BBC).
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?