Bakının Binəqədi rayonunda 65 yaşlı kişi 47 yaşlı arvadını bıçaqlayıb.
Belə ki, 1949-cu il təvəllüdlü Şahlar Məlikov arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyeva ilə ailə münaqişəsi zəmnində dalaşıb. Mübahisəyə qadının kişinin sözünə baxmaması səbəb olub.
Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Şahlar Məlikov arvadına bir neçə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçıb.
Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Arvadını qanına qəltan edən kişini isə Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları tutub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?