İranın Kürdüstan əyalətinin Mərivan şəhərində törədilən terror nəticəsində 1 polis ölüb, 2-si yaralanıb.
gundemxeber.az report-a istinadən bildirir ki, bunu əyalətin polis rəsinin müavini, polkovnik Abdullah Fəthi deyib. Onun sözlərinə görə, motosikletlə hərəkət edən naməlum şəxslər polis patrul maşınının salonuna partlayıcı ataraq hadisə yerindən uzaqlaşıblar: "Nəticədə avtomobildəki 3 polis yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Həkimlər yaralı polislərdən heç birinin həyatını xilas edə bilməyiblər".
Qeyd edək ki, Kürdüstan əyaləti İraqla sərhəddə yerləşir. Bu bölgəyə kürdlərin terrorçu qruplaşmaları tez-tez basqınlar edir. Onlardan ən məşhuru terrorçu PKK-nın İrandakı qolu "Pejak"dır. Bu terrorçu qruplaşmanın silahlıları İran hakimiyyətinin yerli məmurlarına, hərbçilərə, din xadimlərinə qarşı terror aksiyaları keçirirlər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?