Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı dünən Təhlükəsizlik Şurasının iclasını çağırıb. Türkiyə mətbuatı xəbər verir ki, iclasda nazirlər və yüksək vəzifəli dövlət məmurları iştirak edib. Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?