Son 25 il ərzində Ermənistana yatırılan investisiyaların 70%-i erməni diasporuna məxsus olub. Bunu Ermənistan Parlamentində çıxışı zamanı Diaspor naziri Qranuş Akopyan söyləyib. O, diasporun Ermənistana transferlər, birbaşa investisiyalar və turizmə yatırımlarla yardım etdiyini bildirib: “İndiyə qədər ölkəyə ən böyük investisiyanı Kirk Kirkoryan (amerikalı erməni milyarder – red.) yatırıb. İnvestisiyanın dəyəri 400 milyon dollardır. Ondan sonra argentinalı erməni milyarder Eduardo Ernekyan gəlir. O da təxminən 400 milyon dollarını ölkəyə yatırıb. Sonrakı yerləri isə Samvel Karapetyan, Ruben Vardanyan, Vardan Simakeş və digərləri tuturlar. Hər il Ermənistana diaspordan transfertlər şəklində 1,5-2,5 milyard dollar dəyərində gəlir daxil olur”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?