“Ermənistana Azərbaycan tərəfindən hücum olsa, Rusiya hərbi bazaları bizi müdafiə edəcək”.
“Axar.az”ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə qonşu ölkənin müdafiə naziri Seyran Ohanyan çıxış edib.
O, Ermənistandakı rus hərbi bazaları ilə yanaşı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də müdafiə olunacaqlarını bildirib.
“Ermənistana hücum olsa, 102-ci hərbi baza ilə yanaşı, KTMT çərçivəsində də hər kəs bizə kömək edəcək. Ermənistanın təhlükəsizliyi görə narahat olmağa dəyməz”.
O, həmçinin erməni ordusunun cəbhə xəttini nəzarətdə saxladığını və istənilən an hücum etməyə hazır olduqlarını da söyləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?