GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

Tarix: 14-12-2016, 21:44 Bölmə :Dünya Baxış: 372
Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

Almaniyalı nüfuzlu məhkəmə-tibb eksperti Bernd Brinkmann Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, biznesmen-oliqarx Rahat Əliyevin 2015-ci ilin fevralında Avstriya həbsxanasında intihar etmədiyini, öldürüldüyünü sübut edib.
Rahat Əliyevin Vyana həbsxanasında müəmmalı ölümünü vəkillərin istəyi ilə araşdıran məhkəmə-tibb ekspertinin rəyi “Avstriya ictimaiyyətini silkələmiş hadisə barədə” sensasion dönüş hesab olunur. Bu barədə “Die Zeit” alman qəzeti yazır.
Brinkmannın rəyində deyilir ki, söhbət üçüncü şəxs və ya şəxslər tərəfindən törədilmiş qətldən gedir. Ekspertin rəyinə əsasən Əliyevin əzablı ölümünə səbəb onun boğulması olub, üstəlik bu zaman cinayətkar və ya cinayətkarlar onun sinəsindən möhkəm basıblar, eyni zamanda ağzını və burnunu qapayaraq nəfəs almasına imkan verməyiblər.

Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

Qazaxıstan xüsusi xidmət orqanlarının keçmiş rəhbəri və ölkənin Avstriyadakı keçmiş səfiri Rahat Əliyevin cəsədi ötən ilin fevralında Vyana həbsxanasında asılmış vəziyyətdə tapılmışdı. O vaxt Əliyevin intihar etdiyi deyilirdi. Rahat Əliyev Qazaxıstanda iki bankiri şəxsən qətlə yetirməkdə və digər ağır cinayətlərdə ittiham olunub. Nəhayət onu Avstriyada həbs ediblər və Əliyev barəsində irəli sürülən ittihamlar üzrə vətəndaşlığını daşıdığı bu ölkədə məhkəmə qarşısına çıxmağa hazırlaşırdı. Vəkilləri intihar versiyasını rədd edərək deyirdilər ki, Əliyevlə hadisədən cəmi bir gün əvvəl görüşüblər və o, intihar haqda yox, məhkəmədə özünü necə müdafiə edəcəyi haqda düşünürdü.
Rahat Əliyev Nazarbayevin böyük qızı Dariqa ilə uzun müddət evli olub, bu evlilikdən onların üç uşağı vardı. Əliyev hakimiyyətdə böyük nüfuza malik olub və çoxları onu Nazarbayevin yerinə namizəd sayırdı. Ancaq həddən artıq ambisiyalı və məkrli Əliyev 2001-ci ildə diplomatik sürgünə göndərildi. 2007-ci ildə isə ona qarşı cinayət işi qaldırıldı.

Keçmiş kürəkən intihar etməyib, öldürülüb...

İndi Rahat Əliyevin vəkilləri öz vəsaitləri hesabına cəsədin təkrar ekspertizasını sifariş veriblər. Vəkil Klaus Aynedter deyib ki, ortaya çıxan nəticə Avstriyada hüquq dövlətinin mövcudluğunu sual altına alır.
Əliyevin öldürüldüyünə dair ekspert rəyi əsasında hansı qərarların veriləcəyi hələ məlum deyil. Ancaq Qazaxıstanda Rahat Əliyevin böyük oğlu –Nazarbayevin nəvəsi haqda deyirlər ki, o, eynən atasının özüdür.
Cəld və qabadır. Hakimiyyətə susamış birisidir. Daim kiminləsə ədavətdədir və bundan zövq alır. Özünü hər kəsə elə göstərir ki, sanki ölkədə elitanı və oliqarxları görməyə gözü yoxdur. Hərçənd özü Qazaxıstanın ən elitar ailəsinin övladı olub, ən nüfuzlu oliqarx dairədəndir.
Daim prezidentə sadiqliyindən danışır. Həmişə deyir ki, prezident Nursultan Abishevich yaxşıdır, amma öz kareyasından və puldan savayı heç nə düşünməyən nalayiq adamlarla əhatələnib. Hər fürsətdə, ancaq özəlliklə, münaqişəli durumlarda prezidentin adını çəkir, onun nüfuzunun arxasına sığınır.
Ümumiyyətlə, kiminləsə şəxsi ədavəti varsa, dərhal bunu həmin şəxsin prezidentlə münaqişəsi kimi qələmə verir. Hansı yolla olursa-olsun, hədəfinə çatmağa çalışır.
Bu yolda özünə düşmən seçdiyi şəxsləri ictimaiyyətə prezidentin düşmənləri kimi təqdim edir. Futbolu çox sevir və ölkəsində bu sahəyə rəhbərlik etmək istəyir. “Azadlıq” radiosu bildirir ki, Rahat Əliyevin bütün bu cizgilərinin hamısı oğlu Aysultanda var.
25 yaşlı Aysultanın ictimaiyyətə "təqdimatı" çox sürətli olub. Rəsmi bioqrafiyasına görə,İngiltərədə hərbi akademiyanı bitirəndən sonra qısa müddətə hansısa xüsusi xidmət orqanındaçalışıb. Yaxşı bir ailənin qızı ilə evlənməsi ölkənin internet məkanına səs saldıqdan sonra buşöhrətpərəst gənc artıq siyasət meydanına atılmağın vaxtı çatdığına qərar verib və Qazaxıstanın Futbol Federasiyasının prezidenti olmaq istəyini açıqlayıb.
Ancaq məsələ burasındadır ki, federasiya prezidenti seçkili vəzifədir, üstəlik də, dünya üzrə bu vəzifədə olanların orta yaşı 40-dır. Aysultanın isə, hələlik, 25 yaşı var. Lakin o bunu əngəl saymır və federasiyanın hazırkı prezidenti Kojaqapanova od püskürür. Çox keçmir ki, istədiyinə qismən nail olur – Kojagapanov müəmmalı təhsil məzuniyyəti ilə bağlı vəzifəsindən istefa verir.Aysultanın iddiası, hələ ki, futbolla məhdudlaşır. Amma hamıya aydındır ki, bu, böyük yolun və deyəsən, növbəti böyük tarixin başlanğıcıdır...

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Keçmiş icra başçısı həbsxanada vəfat etdi

    Keçmiş icra başçısı həbsxanada vəfat etdi ...

    1-07-2015, 19:29

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə məhkəmə başlayır

    Elman Rüstəmovun adı keçən rüşvət işi üzrə ...

    15-01-2014, 16:03

  • 
  • Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı

    Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı ...

    9-01-2013, 11:57

  • 
  • Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın planları pozuldu

    Əliyevdən Sərkisyana daha bir zərbə: Ermənistanın ...

    22-09-2014, 15:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu