Türkiyənin paytaxtı Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri Andrey Karlov ölüb.
Bu barədə Trend "Milliyət"ə istinadən xəbər verir.
Qeyd edək ki, mədəniyyət mərkəzində rəsm sərgisinin açılışı zamanı baş verən silahlı hücumda səfir və daha 3 nəfər xəsarət almışdı. Hücumu törədən şəxs hadisə yerində öldürülüb.
-----------
20:56
Trend Hürriyət qəzetinə istinadən xəbər verir ki, silahlı şəxsin sərgi salonuna polis paltarında daxil olduğu açıqlanıb.
Artıq Rusiya Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib. Nazirlik türk rəsmiləri ilə əlaqə saxlandığını və hadisə barədə prezident Vladimir Putinin məlumatlandırıldığını bildirib.
---------
20:38
Milli.Az NTV-yə istinadla bildirir ki, Andrey Gennadiyeviç Karlov Ankarada Müasir Sənət Muzeyində rəsm sərgisinin açılışında imiş. Nitq söyləyərkən ona hücum edilib.
Sorğu
Yeni dizaynımız necədir?