GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » VARLILAR VƏ GENERALLAR – Tramp, kimlərlə Amerikanı yenidən quracaq?

VARLILAR VƏ GENERALLAR – Tramp, kimlərlə Amerikanı yenidən quracaq?

Tarix: 20-12-2016, 20:03 Bölmə :Dünya Baxış: 410
VARLILAR VƏ GENERALLAR – Tramp, kimlərlə Amerikanı yenidən quracaq?

Harvardın intellektləri əvəzinə işbazlar və davakarlar!

Harvardın intellektləri əvəzinə işbazlar və davakarlar – bax, yeni prezidentin stili budur. Lakin Tramp kabinetinin başlıca xüsusiyyəti onun kompromislər administrasiyası olmasındadır. Respublikaçılar partiyasının isteblişmenti öz liderinin kadr siyasətindən məmnundur, Donald Tramp isə öz sistemi üçün kifayət qədər yararlı adamlar tapa bilib.
Tramp kabinetinin özəyinin formalaşması prosesi praktik olaraq qurtarıb. Əsas baxımdan ABŞ-ın yeni prezidentinin təyinatlarını dörd kateqoriyaya bölmək olar: Generallar, milyarderlər, Trampa loyal olanlar və digərləri.

- Anlamaq və etibar etmək
Tramp administrasiyasında üç general var. General Ceyms Mettis müdafiə nazirliyinə rəhbərlik edəcək. O, İkinci Dünya Müharibəsinin ardından Avropa üçün plan hazırlayan əfsanəvi general Corc Marşaldan sonra ilk hərbçı nazirdir. Təsis edildiyi 2005-ci ildən bu yana Daxili Təhlükəsizlik Nazirliyinə ilk dəfə olaraq hərbi general Con Kelli gətiriləcək.

Milii təhlükəsizlik məsələləri üzrə Trampa məsləhətləri isə, general Maykl Flinn verəcək. Təəccüblü deyil ki, hətta respublikaçılar Trampa xəbərdarlıqla bildirirdilər ki, dövlət katibi postuna daha bir hərbçini təklif etmək ayıb olardı. Çünki bu lap xuntaya bənzəyər.

Trampın kabinetinə generalların əvvəllər görünməmiş bu cür yığımına bir neçə amil səbəb olub. Əvvəla, bu, populist Trampın ictimai düşüncəyə söykənməsinə cəhddir. Çünki ordu amerikalıların etibar etdikləri institutlardan biridir. Amerikalılar belə hesab edirlər ki, tacirlərdən, hüquqşünaslardan və siyasətçilərdən ibarət olan ikrah dolu bir mühitdə yalnız hərbçilər vicdan və şərəflərini saxlayıblar. Aparılan ən yeni rəy sorğusuna görə, seçicilərin 53%-i (Respublikaçıların isə 82%-i) hərbçilərin ən yüksək dövlət postlarına təyinatlarını alqışlayır.

Trampın tərzinə görə, amerikalıların fikri yaxşıdır, amma öz fikri daha üstündür. Məlumdur ki, Tramp çox az adama etibar edir. Bu mənada hərbçilərə söykənmək olar. Onlar əmrləri yerinə yetirməyə uyğunlaşıblar, deməli onlarla razılaşmaq daha asandır.

Nəhayət, “Vaşinqton bataqlığını qurutmağa” söz verən Tramp, artıq təngə gətirmiş siyasətçilərə daha az söykənməyə məcburdur. Bəs, onda kadrları hardan götürməli? Belə olan təqdirdə yalnız hərbçilər və biznesmenlər yada düşür. Tramp yaxşı tanıdığı maliyyəçilərə müraciət edib.

Prezidentin yeni baş məsləhətçisi Stiven Bennon və maliyyə naziri Stiven Manuçin dünyanın ən iri investisiya banklarından biri “Goldman Sachs” da işləyiblər. Güman edilir ki, ”Goldman Sachs”ın indiki rəhbəri Geri Kon prezidentin iqdisadi məsələlər üzrə müşaviri vəzifəsini tutacaq. Milyarder Uilber Ross Ticarət nazirliyinə rəhbərlik edəcək. Digər milyarderlər xanım Betsi De Vos və xanım Linda Makmahon müvafiq olaraq Təhsil Nazirliyinə və Kiçik biznesin dəstəklənməsi Agentliyinin rəhbəri vəzifələrini icra edəcəklər. Və nəhayət, milyarderlər klubunun zəfəri ABŞ dövlət katibi vəzifəsinə “Exxon Mobil” şirkətinin prezidenti Reks Tillersonun təyinatı oldu.

Tramp biznes cəmiyyətə məxsus olan adamlara ona görə etibar etmir ki, onlar xüsusilə təmiz və prinsipialdırlar. Sadəcə olaraq yeni prezident onların necə düşündüyünü və onlarla necə iş aparmağın yollarını yaxşı bilir. Digər yandan yaxşı bank hesabı Tramp üçün əsaslı arqumentdir. Çünki onun sahiblərinə qulaq asmağa dəyər.

- Gözlənilməz dövlət katibi
Reks Tillersonun təyinatı ilə bağlı ayrıca və demək olar ki, detektiv hekayə oynanıldı. Əvvəlcə bu vəzifəyə Robert Culiani və Devid Petreusun gətirilməsi gözdən keçirilirdi. Amma iş ondadır ki, karyeralarının müəyyən anlarında onların hər ikisi Hilları Klinton kimi səhvlər buraxıblar. ”Klinton fondu” kimi Culianinin konsaltinq biznesi də müxtəlif xarici şirkətlərdən böyük maliyyə məbləğı alıb. Petreus isə öz məşuqəsini müntəzəm şəkildə məxfi məlumatlarla tanış etdiyi üçün Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tərk etməyə məcbur qalmışdı. Tramp Klintonu seçki kampaniyasının gedişində aylarla tənqid etdiyi bir halda, ifşa olunmuş bu adamları həmin mövqeyə gətirə bilməzdi. R.Culiani KİV-lərdə özünü çox aktiv şəkildə irəliyə atırdı ki, bu da Trampda narazılıq yaradıb.

Mitt Romninin namizədliyi Tramp tərəfindən çox maraqlı gediş olardı və bununla o, respublikaçılar isteblişmentinə siqnal göndərərdi – baxın, uşaqlar həyəcanlanmayın, mən böyük və köhnə partiyanın veteranlarının xidmətlərini dəyərləndirirəm.

Romninin əsas lobbiçiləri vitse-prezident Mayk Pens və Ağ Ev aparatının rəhbəri Rayns Pribus idi. Lakin bir neçə ay ərzində Trampın qələbəsini hazırlayanlar açıq şəkildə Romninin namizədliyinə qarşı çıxırdılar. Trampı qələbəyə aparan generallar əminliklə deyirdilər ki, “Donald, seçicilərin səni anlamayacaqlar”.

Belə bir maraqlı versiya da var. Həmin versiyaya görə, Romninin mümkün təyinatı ilə bağlı tarixçə ondan ibarətdir ki, bu, Tramp tərəfindən həyata keçirilmiş bir gediş olub. Yəni, səni seçki kampaniyası zamanı kəskin tənqid edən şəxsə yuxarıdan aşağıya baxdıqdan sonra, onu rədd edərək alçaldırsan.

Tillersonun namizədliyi Trampın ilkin namizədlərdən narazı qaldığı zaman baş qaldırıb. Həm də Tramp, konqresmen və dünya siyasətində ağır çəkiyə malik olmayan təzə bir sifəti dövlət katibi görmək istəyib. Maraqlıdır ki, keçmiş dövlət katibləri Kondaliza Rays, Ceyms Beyker və keçmiş müdafiə naziri Robert Qeyts aktiv şəkildə Tillersonu dəstəkləyirdilər. Onların istəklərindən sonra Tramp Tillersonla görüşməyə razılıq verib. Görüş alınıb və onlar anlaşıblar.

VARLILAR VƏ GENERALLAR – Tramp, kimlərlə Amerikanı yenidən quracaq?

Donald və Reks bir çox məsələdə bir-birlərinə bənzəyirlər. Onların hər ikisi də milyardlıq sövdələşmələrdə və mürəkkəb biznes danışıqlarının gedişində ad qazanıblr. Nəticədə Amerika hökumətinin vitse-prezidentdən sonrakı ən nüfuzlu vəzifəsinin taleyi bir həftədən də az müddətə həll edildi.

Bəzi respublikaçı senatorlar tərəfindən Tillersonun Putinlə dostluqda ittiham edilməsinə baxmayaq, namizədlərin mürəkkəb axtarışından yorulan Tramp, qərarının qəti olduğunu təsdiqlədi. Tillersonun gözlənilməz və müəyyən mənada isə təsadüfi seçimini nəzərə alaraq, bunu Trampın rusiyapərəst siyasətinin başlanğıcı kimi anlaşılması, əlbəttə, düzgün deyil.

Ancaq iki fakt şübhəsizdir: Birincisi - Tillerson Rusiyanı yaxşı tanıyır və onunla necə biznes qurulmasını bilir və deməli onunla necə siyasət aparılmasını da bilir.

O, Rusiya ilə hələ 90-cı illərdən iş aparır. ”Saxalin-1” layihəsi və Xodorkovski ilə “YUKOS” şirkətinin “Exxon Mobil” tərəfindən alınması da müzakirə edilib. Ümumiyyətlə, Rusiyaya aktiv yatırımlar qoyub, sonra vergi məsələləri üzrə məhkəmə çəkişmələri də olub.

İkincisi - Tillerson xarici siyasət aləti kimi sanksiyalardan istifadə olunmasına qarşı açıq şəkildə çıxışlar edib.
Digər tərəfdən isə demokratlar yenidən belə bir məsələ qaldıracaqlar ki, bəs siz respublikaçılar səkkiz ildir ki, Obamanı Rusiya ilə yumşaq davranmasına görə söyürdünüz, amma bax budur – Rusiyanın medalı ilə təltif olunmuş bir şəxsi necə olur ki, dövlət katibi təyin edirsiniz?

Tillersonun və digər milyarderlərin Tramp kabinetində yer almalarında Amerika cəmiyyətini narahat edən bir məqam var. Əgər Tramp və onun generalları ilə hər şey aydındırsa, ancaq “Goldman Sachs”dan çıxmış bankirlərin ən yüksək dövlət postlarına gətirilməsi seçiciləri çaşdırır. Rəyi soruşulanların 39% belə hesab edir ki, yeni prezident bu cür təyinatlara çox az yol verməlidir. Kabinetdə hədsiz çox milyarderlərin olması qüsur deyil, lakin ictimaiyyətin narahatçılığı da az rol oynamır.

- Kompromislər administrasiyası
İlk iki qrupun fonunda loyal trampçıların – yəni uzun müddət Donalda inanaraq onu dəstəkləyənlərin sayı administrasiyada nisbətən azdır. Amma kabinetdə afroamerikalı Ben Karson (Tikinti naziri) və həmçinin də baş prokuror vəzifəsi almış konservativ senator Ceff Seşnz də yer tutur.

Bundan başqa Tramp kabinetində bir sıra adamlar var ki, onların adları Pens və Pribusla bağlıdır.

Xüsusilə bunların içərisində kiçik Çorc Buşun administrasiyası dövründə əmək məsələləri üzrə nazir olmuş xanım Eleyn Çao seçilir. Eleyn Çao respublikaçıların senatdakı çoxluğunun lideri Mitç Makkonelin həyat yoldaşıdır. Səhiyyə nazirliyi və Daxili İşlər nazirliyinə rəhbərlik edəcək konqresmenler Tomas Prays və Rayan Zinke isə çox güman ki, Rayns Pribus tərəfindən məsləhət görülüblər. ABŞ Energetika naziri isə Texasın keçmiş qubernatoru Rik Perri olacaq.

Trampın kabinetində kimlər yoxdur? Bunlar Obama administrasiyasında heç də az olmayan, analitik və elmi mərkəzlərdə işləyən ekspertlərdir. Harvard intellektuallarının yerini işbazlar və dalaşqanlar tutacaq. Bax, yeni prezidentin stili belədir.

Liberalların lovğalanmalarına baxmayaraq, yeni kabinetdə xüsusi bir rəngarənglik görünmür. Əgər yeni administrasiyada qadınlar kifayət qədərdirsə, lakin latınamerikalılar yoxdur.

VARLILAR VƏ GENERALLAR – Tramp, kimlərlə Amerikanı yenidən quracaq?

Tramp kabinetinin başlıca xüsusiyyəti onun kompromis adminstrasiyası olmasındadır. Partiyanın yuxarı eşalonu öz liderlərinin kadr siyasətindən məmnundurlar. Trampın özü isə, aparacağı siyasət və hər halda sistem üçün kifayət qədər uyğun adamları tapa bilib.

Tramp kabinetinin ilk işi Obama irsinin demontaj olunmasından ibarətdir. Kabinetin tərkibi ondan xəbər verir ki, yeni prezident dövlətin müdaxiləsinin səviyyəsini azaltmaq istəyir. Yeni təhsil naziri federal təhsil standartlarının ardıcıl tənqidçisidir. Əmək nazirliyinin rəhbəri minimum əmək haqqının qaldırılmasına qarşı çıxır. Ətraf mühitin qorunması agenliyinin başçısı onun qorunmasına ehtiyac görmür, energetika naziri isə hesab edir ki, energetika nazirliyi hədsiz çox sahəni nəzarət altında saxlayır.

Beş həftə ərzində Tramp demək olar ki, ən azından daxili və iqtisadi siyasət baxımından məntiqli görünən komandanı sıfırdan toplamağı bacarıb. Böyük narahatçılıq əsasən xarici siyasətlə bağlıdır. Bu isə zəngin milyarderlərlə generalların öz aralarında ümumi dil tapa biləcəyinin çətin olacağı bir sferadır.

(Carnegie Moscow Center )
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tramp məşhur repçi ilə görüşdü - FOTO

    Tramp məşhur repçi ilə görüşdü - FOTO ...

    13-12-2016, 23:49

  • 
  • Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

    Tramp Fransadan ABŞ-a səfər edənlərin ...

    24-07-2016, 15:42

  • 
  • Tramp Obamanın cavabını verdi

    Tramp Obamanın cavabını verdi ...

    17-02-2016, 17:39

  • 
  • Tramp: "Mən Putini sevmirəm"

    Tramp: "Mən Putini sevmirəm" ...

    6-10-2016, 11:33

  • 
  • Tramp açıqladı: "İŞİD-i onlar yaradıb"

    Tramp açıqladı: "İŞİD-i onlar yaradıb" ...

    20-09-2016, 14:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu