Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən polis əməkdaşı Mərt Altıntaş cinayəti törətməzdən 3 gün əvvəl də həmin sərgiyə gəlibmiş.
Lent.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, bu barədə səfirin sui-qəsdə uğradığı sərginin təşkilatçısı Timur Özkan məlumat verib. O bildirib ki, sərginin əməkdaşları qatil polisi 3 gün əvvəl də orada görüblər. Onun sözlərinə görə, M.Altıntaş qətldən 3 gün əvvəl də eyni kostyumda və polis vəsiqəsi ilə içəri girib.
Təşkilatçılar onun sərgi keçirilən zalı öyrənmək üçün gəldiyini, yoxsa səfirin sərgiyə gələcəyi tarixi qarışdırdığını bilmirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?