GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Arxadan vurulan güllə...

Arxadan vurulan güllə...

Tarix: 20-12-2016, 20:09 Bölmə :Dünya Baxış: 415
Arxadan vurulan güllə...

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində öldürülməsi belə görünür ki, çoxsaylı suallar yaradan müəmmalı sui-qəsd kimi tarixə düşəcək. Hələlik sui-qəsdçi polis zabitinin motivləri və onun hansı təşkilata bağlı olması, sifarişi kimdən aldığı barədə mötəbər məlumatlar yoxdur. Lakin burası dəqiqdir ki, səfiri bir addımlığına qədər yaxınlaşıb arxadan güllələyən 22 yaşlı Mete Mert Altıntaş Türkiyə KİV-lərinin hadisədən dərhal sonra ortaya atdıqları iddiaların əksinə olaraq 15 iyul hərbi çevriliş cəhdindən sonra “polisdən qovulmuş FETÖ-çu” deyil.

O, Ankara çevik qüvvət polisində həqiqi xidmətdə olan polis olub və son məlumatlara görə dekabrın 15-dən icazə alaraq işdən bir neçə günlüyə ayrılıb. Altıntaş səfirə sui-qəsd həyata keçirdiyi Müasir İncəsənət Mərkəzi binasının düz arxasında yerləşən oteldə otaq kirayələyib və ehtimala görə sui-qəsd hazırlığını da orada görüb. Tədbir başlayanda polis əməkdaşı Altıntaş mülki geyimdə, kostyumda və qalstukda həmin məkana yollanıb və planını həyata keçirib.

Əgər hadisədən dərhal sonra Türkiyə KİV-ləri sui-qəsdçinin FETÖ-çu olduğunu əminliklə bildirsələr də hazırda bu, hakimiyyətyönlü medianın səhifələrində əsasən köşə yazarlarının versiyası kimi səslənir. Başqa sözlə, Mete Mert Altıntaşın hansı terror təşkilatına bağlı olduğu haqda hələlik sübutlar, tutarlı dəlillər ortada yoxdur. Doğrudur, Altıntaş səfiri güllələyərkən “Allahü Əkbər!” qışqırıb və “Hələbin qisasını aldığını” deyib. Bu baxımdan onun hansısa radikal dini terror təşkilatına, yaxud İŞİD-ə bağlı olduğu ehtimal edilə bilər. Hərçənd istisna deyil ki, sui-qəsdçi polis izi azdırmaq üçün də belə şüarlar irəli sürə bilərdi.

Arxadan vurulan güllə...

Lakin indidən aydındır ki, bu sui-qəsdə görə qatil və onunla əlbir olanlarla yanaşı Türkiyənin polisi və xüsusi xidmət orqanları da ciddi məsuliyyət daşıyır. Birincisi, diplomatik xidmət haqda beynəlxalq konvensiyalara görə səfir Karlovun təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyət tamamilə ev sahibinin, yəni Türkiyənin üzərindədir. Digər tərəfdən hadisənin necə baş verməsinin özü ciddi suallara yol açır.

Belə məlum olur ki, Altıntaş səfirin çıxış etdiyi Müasir İncəsənət Mərkəzinə özünün polis vəsiqəsini təqdim edərək daxil olub. Bəs o zaman tədbirin təhlükəsizliyinə cavabdeh olanlar hara baxırdı? Mülki geyimli polis əgər səfirin və onun işirak etdiyi tədbirin təhlükəsizliyini təmin etmək üçün ayrılmayıbsa içəri maneəsiz, özü də silahla necə daxil ola bilərdi? Özü də Türkiyədə az qala hər gün qanlı terror aktlarının baş verdiyi, çoxsaylı terror təşkilatlarının sağdan sola, soldan sağa meydan suladığı ölkədə.

Nədən tədbirin və səfirin təhlükəsizliyinə cavabdeh olan məsul şəxs polis vəsiqəsini göstərib içəri daxil olmaq istəyən mülki geyimli polis məmuru barədə öz rəisinə məruzə etməyib? Yaxud edibsə onu içəri buraxmaq göstərişi verilibmi? Ümumiyyətlə, Altıntaş özü təsadüfən həmin tədbirin təhlükəsizliyini təmin etmək üçün ayrılan polis komandasının üzvü olmayb ki?

Arxadan vurulan güllə...

Necə olub ki, mülki geyimli şəxs səfir Karlovun bir addımlığına qədər yaxınlaşıb və dayanıb gözləyib, diplomat çıxışa başlayan kimi ona atəş açmaq imkanı əldə edib? Bu zaman səfirin şəxsi cangüdənləri harada idilər?

Hazırda Rusiya Yaxın Şərq bataqlığına girib və Suriyada Bəşər Əsədin rejimi naminə il yarımdır müharibə aparır, aylarla davam edən amansız bombardmandan sonra Rusiya İranla birlikdə Hələbi üsyançılardan, “Əl-Nüsra” terrorçularından təmizləməyə nail olub. Deməli, Rusiyanın Ankaradakı səfirinin təhlükəsizliyinin daha güclü təmin olunmasını dərk etmək üçün dərin analitik təfəkkürə malik olmağa ehtiyac yox idi. Lakin belə görünür ki, heç bir təhlükəsizlik tədbirləri görülməyib, yaxud olduqca aşağı səviyyəli, qeyri-peşəkar qorumadan söhbət gedir.

Digər tərəfdən Türkiyənin təhlükəsizlik qüvvələrinin hadisədən sonra sui-qəsdçi polisi sağ yaxalamaq şansı var idi. Kadrlardan görünür ki, Altıntaş səfirə iki güllə vurduqdan sonra tapançadakı qalan güllələri xaotik şəkildə tavana və zala boşaldır. Bu zaman bir nəfərin güllə yarası aldığı haqda xəbərlər var. Başqa sözlə, sui-qəsdçi silahını boşaldır və çoxsaylı xüsusi təyinatlılar üçün qapalı zalda onu sağ yaxalamaq, beləliklə də istintaqın işini asanlaşdırmaq baxımından imkanları yox deyildi. Ancaq hadisədən təxminən 15 dəqiqə sonra Müasir İncəsənət Mərkəzinə gələn xüsusi təyinatlılar içəri daxil olaraq Altıntaşı güllələyiblər. Beləliklə də onun sifarişi kimdən aldığı, hansı motivlə səfiri öldürdüyü və digər bu kimi sualları istintaq onun özünə verə bilməyəcək. Deməli, hadisənin motivi, kimlər tərəfindən hansı məqsədlə təşkil edildiyi barədə suallara da dəqiq cavablar tapmaq çətin olacaq.

Arxadan vurulan güllə...

Ümumiyyətlə, bu hadisə Türkiyə Milli İstihbarat Təşkilatının ölkədə terrora qarşı fəaliyyətini bir daha sual altına alır. Ölkədə daha nə qədər terror aktları baş verməlidir ki, MİT-in yaxşı işləmədiyini nəhayət başa düşəsən? Bu struktur çoxdan siyasiləşib və belə görünür ki, peşəkarlıq səviyyəsi kəskin aşağı düşüb. Terrora qarşı mübarizəni hər dəfə terror hücumlarından sonra küçələrdə nümayiş keçirib terrorçulara lənət yağdırmaqla deyil, xüsusi xidmət və təhlükəsizlik strukturlarının gərgin, peşəkar işi sayəsində aparmaq lazımdır.

Hələlik görünən odur ki, Rusiya tərəfi bu sui-qəsdin Türkiyə ilə təzəcə düzələn münasibətləri korlamağa yönəldiyini təxmin edərək məsələyə təmkinli reaksiya verir. Hadisənin Türkiyə ilə münasibətlərin yenidən pozulmasına səbəb olmayacağını bildirir. Lakin Rusiya FTX-nin müstəntiqləri də hadisəni araşdırmaq üçün Türkiyəyə ezam ediliblər və görünür onlar yuxarıdakı suallara cavab tapmağa çalışacaqlar.

Andrey Karlov isə Rusiyanın tarixində xidmət başında öldürülən dördüncü diplomatıdır. İlk sui-qəsdə qurban gedən məşhur şair-diplomat Aleksandr Qriboyedov olub. Fanatiklərdən ibarət kütlə Çar Rusiyasının Tehrandakı səfirliyinə hücum edərək onu xəncərlə doğramışdı. Bu hadisə az qala Rusiya ilə İran arasında müharibəyə səbəb olacaqdı. Ancaq müharibə heç bir tərəfə lazım deyildi (necə ki, indi Ankaraya və Moskvaya lazım deyil) və İran şahı rus imperatoruna 88.7 karatlıq brilyant bağışlayaraq hadisəni kompensasiya edə bildi.

İndi taleyin ironiyasına bax ki, səfir Karlov güllələndə Rusiya “çarı” Vladimir Putin Qriboyedovun məşhur “Ağıldan bəla” komediyasına baxmağa gedirdi. Ancaq qəfil xəbərdən sonra o, tamaşaya baxmağa getməyib və Kremlə qayıdaraq XİN-in, xüsusi xidmət orqanlarının rəhbərlərini təcili müşavirəyə çağırıb...

F.Məmmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğana sui-qəsd planı

    Ərdoğana sui-qəsd planı ...

    9-03-2015, 22:14

  • 
  • Keçmiş prezidentə qarşı sui-qəsd olundu

    Keçmiş prezidentə qarşı sui-qəsd olundu ...

    3-04-2014, 12:18

  • 
  • Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü başlayır?

    Türkiyədə İKİNCİ HÜCUM - Sui-qəsdlər dövrü ...

    23-07-2016, 13:31

  • 
  • Bəşər Əsədə sui-qəsd hazırlanır

    Bəşər Əsədə sui-qəsd hazırlanır ...

    5-03-2013, 10:28

  • 
  • Rza Zərrabın adı səfirə sui-qəsd planında

    Rza Zərrabın adı səfirə sui-qəsd planında ...

    25-01-2014, 10:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu