Rusiya, İran və Türkiyə rəsmilərinin iştirakı ilə Suriya böhranı ilə bağlı keçirilən üçtərəfli toplantının nəticələrini ABŞ daxil olmaqla maraq göstərən digər ölkələrə də göndərəcəyik. Bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov “RİA”ya açıqlamasında deyib. “Dünən fransızlarla görüşdük və toplantı ilə bağlı onlara məlumat verdik. ABŞ, Çin, eləcə də regional problemlərdə aktiv rol oynayan digər ölkələrlə daim əlaqədəyik. Bir sözlə, Vaşinqton maraq göstərərsə toplantının nəticəsi barədə onlara məlumat verəcəyik”, - Rusiya rəsmisi bildirib. Qeyd edək ki, bir neçə saat əvvəl sona çatan toplantıda ortaq bəyannamə qəbul olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?