Bu gün Çili sahillərində növbəti zəlzələ baş verib.
TASS agentliyinin verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti 7,7 maqnitudalı zəlzələnin ocağının Kelon şəhərindən 73 km qərbdə, 15 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Sunami təhlükəsi elan edilib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, bundan əvvəl Çilinin Boliviya ilə sərhədində. İkike şəhərindən 147 km şərqdə 5,4 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin ocağı İkike şəhərindən 147 km şərqdə, 114 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?