Türkiyənin İzmir şəhərində məhkəmə binasının qarşısında baş vermiş partlayış nəticəsində 1-i ağır olmaqla 10 nəfər xəsarət alıb.
Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, iki terrorçu öldürülüb, biri axtarılır.
18:01
İlkin məlumata görə, terror aktı nəticəsində 7 nəfər yaralanıb. Partlayışın ardından çıxan silahlı qarşıdurmada 2 terrorçu öldürülüb, bir terrorçunun isə saxlanılması istiqamətində əməliyyat davam edir.
Ege Universiteti Tibb Fakültəsi Xəstəxanasına 6 yaralının gətirildiyi açıqlanıb.
17:54
İzmir Baro sədrinin verdiyi məlumatlara görə, partlayışla eyni anda Ədliyyə binasının içində də həyəcanlı anlar baş verib. Bombalı avtomobillə diqqət çəkib ədliyyə binasına hücum planlaşdırıldığı ehtimal edilir.
Araşdırma aparan polis qrupları ərazidə avtomobil hərəkətinin qarşısını alıb. Giriş və çıxışları nəzarət altına alan polis qara montlu, 1,65-1,70 metr boyu olan bir şübhəliylə əlaqədar istintaqa başlayıb. Bu arada, partlayışın baş verdiyi yerin yaxınlığında şübhəli bir paketin də olduğu deyilir.
Hadisə şahidi: POLİS "CANLI BOMBAYA" ATƏŞ AÇDI
Bir hadisə şahidi "Biz avtomobillə yolu dönürdük. Arxamızdakı avtomobil partladı. Biz özümüzü avtomobilin içindən çölə atdıq. Qapıdan atlananda partlayış baş verdi. Təhlükəsizlik qüvvələri canlı bombaya atəş etdi" deyib.
17:44
Partlayışı iki terrorçunun törətdiyi, onlardan birinin öldürüldüyü deyilir. İkinci terrorçu ilə təhlükəsizlik qüvvələri arasında atışmanın getdiyi vurğulanır.
Sorğu
Yeni dizaynımız necədir?