Somalinin ətraf mühit naziri Buri Buri Hamza terrorçuların Moqadişoda otelə hücumu nəticəsində öldürülüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, dünən baş vermiş hücüm nəticəsində 15 nəfər öldürülüb, 25 nəfər xəsarət alıb.
Silahlı şəxslər "Nasa-Hablod" otelinə hücum ediblər.
Polisin məlumatına əsasən, "Əş-Şəbab" terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?