ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, yazda Vaşinqtonda baş tutacaq Böyük Britaniyanın baş naziri Tereza Mey ilə görüşü səbirsizliklə gözləyir.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, Tramp bunu öz "Twitter" hesabında yazıb.
"Mən yazda Vaşinqtonda baş tutacaq baş nazir Tereza Mey ilə görüşü səbirsizliklə gözləyirəm. Böyük Britaniya ABŞ-ın çoxdankı və xüsusi mütəffiqidir", - Tramp "Twitter" yazıb.
Qeyd edək ki, cümə günü məlum olub ki, britaniyalı siyasətçi prezident Donald Tramp ilə görüş üçün ABŞ-a səfər edəcək. Səfərin dəqiq tarixi açıqlanmır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?