"Air Canada"ya məxsus "Airbus A319" sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Vinnipeqdə (Manitoba əyaləti) məcburi eniş edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə Fort-Makmürreydən (Alberta əyaləti) Torontoya (Ontario əyaləti) uçurdu. Təyyarə havada olan zaman mühərriklərdən birində problem yaranıb.
"Air Canada"nın nümayəndəsi Con Riber bildirib ki, təyyarə uğurla Vinnipeqin hava limanında enib.
Təyyarədə neçə nəfər olduğu və digər təfərrüatlar bildirilmir.
Sorğu
Yeni dizaynımız necədir?