GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?

Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?

Tarix: 8-01-2017, 22:25 Bölmə :Dünya Baxış: 374
Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?

ABŞ prezidenti Barack Obama-nın 35 rusiyalı diplomatı ölkədən çıxarması iki dövlət arasında son 25 ilin ən hay-küylü diplomatik qalmaqallarından birinə çevrildi.

Bu insident Rusiya rəhbərliyinin ABŞ-a haker hücumunda və prezident seçkilərinə təsir göstərmək cəhdində rəsmən suçlanmasının ardınca baş verdi. Bundan sonra hadisələr necə cərəyan edə bilər? Obama-nın qovduğu rusiyalı diplomatlar yeni prezidentDonald Trump səlahiyyətlərinin icrasına başlayandan sonra geri qayıda bilərlərmi?

“Amerikanın səsi” radiosu bu suallara cavab tapmaqdan ötrü vaxtilə SSRİ Ali Sovetinin deputatı olmuş, keçmiş peşəkar kəşfiyyatçı, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sabiq generalı Oleg Kalugin-nin fikirlərini öyrənib.

Oleg Kalugin hazırda Vaşinqtonda Beynəlxalq Casusluq Muzeyinin Direktorlar Şurasının üzvüdür.

– Prezident Obama-nın hakimiyyətdən gedərkən atdığı bu son addımlar yeni prezident Trump-ın ilk siyasi qərarlarına necə təsir göstərə bilər?

-Ümumilikdə götürsək, Obama ABŞ-Rusiya münasibətləri baxımından mürəkkəb dövr yaşadı. O, özünü yetərincə aqressiv aparmış Rusiyaya dözümlülük göstərdi. Rusiyanın bu aqressiv davranışı bu gün də qalır. Özü də təkcə Yaxın Şərqdə, yəni Suriyada yox, həm də dünyanın başqa yerlərində. Əminəm ki, Obama-nın getməsi ilə, yeni prezident Rusiya ilə daha mehriban münasibətlər qurmağa meylli olacaq. Çox güman ki, Obama-nın həssas yanaşdığı bir çox məsələdə etinasızlıq göstərəcək. Putinin, cavab tədbiri olaraq, ölkəsindən amerikalı diplomatları qovmaması faktının özü ABŞ-ın yeni prezidentinin Rusiyaya sanksiyaları ləğv etmək ehtimalının yüksək olduğunu göstərir.

Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?

-Onda qovulan diplomatların da təkrar qayıtmasını istisna etmək olmaz, elə deyilmi? Yoxsa praktikada belə şey olmur? Onların yerinə mütləq təzələri gəlməlidir...

-Bu məsələ fərdi qaydada həll olunur. Bəziləri təkrar ABŞ-a qayıda bilər. Bunu istisna etmirəm.

-Bəs ölkədən çıxarılan diplomatların siyahısının tərtibi neçə baş verir?

-Siyahını xüsusi xidmət orqanları, konkret olaraq, əks-kəşfiyyat hazırlayır və qərar qəbulu üçün Ağ Evə təqdim edir. Həmin siyahıya sonsuz casusluq fəaliyyətləri ilə xüsusi xidmət orqanlarını bezdirmiş şəxslərin adları salınır. Bu şəxslər elə adamlardırlar ki, hansısa casusluq hərəkətində yaxalanmasalar da, onlardan yaxa qurtarmaq lazım gəlir. Bəlkə də ölkədən və şəxsən prezidentdən ötrü elə də pis adamlar deyillər. Amma məsələ ondadır ki, kimin pis, kimin yaxşı olduğunu məhz xüsusi xidmət müəyyən edir. Dövlətlər arasında siyasi qarşıdurmalar yarananda hədəfə, ilk növbədə, məhz belə adamlar gəlir.

Qovulan diplomatlar ABŞ-a dönə biləcəkmi?

-Sizcə, Rusiyanın haker hücumlarında əli olduğuna dair ABŞ-ın kəşfiyyat icmasında yekdil fikir var, yoxsa orda da fikirlər haçalanır? Bəlkə heç yeni prezidentin xüsusi xidmət icması ilə ixtilafına gərək yoxdur?

-Amerikanın xüsusi xidmət icması yeni rəhbərliyə ehtiyatla yanaşır. Xüsusi xidmətin sabiq əməkdaşları arasında tanıdıqlarım var. Onlar fəaliyyətdə olan əməkdaşlarla əlaqə saxlayırlar. Bildirirlər ki, ümumilikdə, yeni prezidentə skeptik yanaşılır. Çünki onun söylədiklərinin bir çoxu xüsusi xidmət orqanlarında böyük narahatlıq doğurur. Ancaq eyni zamanda, Birləşmiş Ştatlarda bu orqanların nə vaxtsa ölkə rəhbərliyinə qarşı açıq-aşkar mövqe qoyduğunu, səs ucaltdığını xatırlamıram. Prezidenti xalq seçir, xüsusi xidmət orqanlarının rəhbərləri isə təyin olunurlar – Prezident və ya digər rəhbərlər tərəfindən. Yəni Amerikada xüsusi xidmət öz yerini bilir. Ona görə də açıq əks-fikir bildirməkdən çəkinəcək. Lakin mümkündür ki, Trump-ın Rusiya və ya digər ölkələrlə bağlı yeni qərarlarını gözdən salan yazılara mediada hələ çox rast gəlinsin.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Obama Trump-ı tənqid edir

    Obama Trump-ı tənqid edir ...

    15-06-2016, 21:03

  • 
  • Putin və Obama görüşüb

    Putin və Obama görüşüb ...

    16-11-2015, 12:31

  • 
  • Obama İŞİD-in ABŞ üçün təhlükəsindən danışdı

    Obama İŞİD-in ABŞ üçün təhlükəsindən danışdı ...

    3-12-2015, 21:13

  • 
  • Obama, Olland və Putin Qarabağa çağırıldı

    Obama, Olland və Putin Qarabağa çağırıldı ...

    20-10-2014, 15:02

  • 
  • Obama Gürcüstan prezidentini təbrik etdi

    Obama Gürcüstan prezidentini təbrik etdi ...

    17-11-2013, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu