GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ermənişünas professor ermənilərin demoqrafik inqlabından yazdı...

Ermənişünas professor ermənilərin demoqrafik inqlabından yazdı...

Tarix: 17-01-2017, 21:39 Bölmə :Dünya Baxış: 1 436
Ermənişünas professor ermənilərin demoqrafik inqlabından yazdı...

Məskunlaşma...

Ermənistanın işğalçılıq siyasətinin davamı Azərbaycan ərazilərinə qanunsuz əhali yerləşdirməsidir. XIX əsrin əvvəllərində ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da Dağlıq Qarabağda erməni separatçılığı davam etməkdədir. Torpaqlarımız işğal altında qalmaqdadır. Ermənilər atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və proses indi də davam etməkdədir. Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artıb. Azərbaycanın işğal olunmuş 7 rayonun ərazilərində bu gün qanunsuz yaşayan 35 min əhali var. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona Əlavə Protokollara ziddir. Ermənicə yayınlanan TV və radiolarda, mətbuat orqanlarında bu məskunlaşmanın planlı şəkildə aparılmasının şahidi oluruq.

Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə Bakıdan və Azərbaycanın digər yerlərindən köçüb gedən ermənilərin bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanın bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il xüsusi maliyyə ayrılıb. Xankəndindəki ermənilərin adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan tutub və bununla bağlı qərar, sərəncam verib. Ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədir. Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar verib. Nümunə kimi “Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə” ilə bağlı “Artsax Respublikası hökumətinin” qərarı və yaxud “DQR ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarını göstərmək olar. Bundan əvvəl də belə qanunsuz qərarlar qəbul edilib.

ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bu qanunsuz məskunlaşma yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur”. Missiyanın həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycanın neçə vaxtdır ifadə etdiyi narahatlıqlarını təsdiqləyib. Missiya işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayını vizual qiymətləndirmə yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha əvvəl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki, işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən çoxdur. Həmin missiyanın araşdırmasından əvvəl Azərbaycan bu rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in Faktaraşdırıcı Missiyası həmin hesabatında təkcə Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır. Missiyanın araşdırmasının hansı səviyyədə aparılması müəyyən şübhələr doğurur. Bu iş əslində qurumun Qarabağda (Şuşada) iqamət edən Anjey Kasprşikə tapşırılıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin səhihliyinə inanmaq olmaz. Misissiyanın hesabatında işğal rayonlarının hamısı nəzərə alınmayıb, o cümlədən də Ağdam. Məgər bu missiyanın üzvləri görmürlər ki, ermənilər burada ekspedisiya yaradıb, “Tiqranakert” adlı “qədim erməni məskəni” “aşkar edirlər”? Nədən Ermənilərin Kovşaqan adlandırdıqları Zəngilanda xeyli erməni məskunlaşdırılır? Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki, buranı da Ermənistana ilhaq edəcəklər. Hətta Zəngilanda ermənilərdən ibarət şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir. Biz bu çalışmada işğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsinin qanunsuzluğuna, gələcəkdə daha ağır nəticələr verəcəyinə diqqəti yönəldəcəyik. Beynəlxalq təşkilatlar narahat olmalıdırlar. Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara zidd olan bu fəaliyyətə görə o, beynəlxalq təşkilatlar tərəfindən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır.

“Məskunlaşma” nə deməkdir? Bu termin çox mürəkkəb anlayış olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da bildirə bilər. Ermənilərin Qarabağ və digər işğal olunmuş digər Azərbaycan ərazilərində məskunlaşması bu terminin məna yükünü ehtiva etmir. Çünki bu “məskunlaşma” süni xarakter daşıyır və bu ərazilərin sahibi var və onlar başqa bir ərazidə müvəqqəti məskunlaşıblar. Bu ərazilərin nə vaxtsa boşaldılmasını gözləyirlər. Demək ermənilərin adıkeçən ərazilərdə məskunlaşması siyasi xarakter daşıyır. Məskunlaşdırılan erməni əhali isə qurbandır, siyasi qurban. Tarix boyunca öz məkrli məqsədləri üçün belə qurbanlar verən ermənilər Böyük Güclərin yardımı ilə özlərinə başqa bir xalqın halal- hümmət torpağında dövlət qurublar. Bu dövlətin də əbədi yaşayacağı hələ sual altındadır.

Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən yayılma prosesidir. Bu da olmayıb. Ermənilər məskunlaşmanı süni, özü də adda- budda həyata keçirirlər. Əsasən Kəlbəcər, Laçın, Cəbrayıl və Zəngilan ərazilərində. Bu ərazilər həm də strateji əhəmiyyət daşıyır. Demək ermənilərin məskunlaşdırma fəaliyyəti stratejidir, gələcəyə yönəlikdir. Məskunlaşma sistemi bütövlükdə məskunlaşma formalarını və məskən tiplərini müəyyənləşdirən coğrafi mövqeyi, təsərrüfatı, ərazinin əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafi və demoqrafik amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüvvələrin səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları, əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. Ermənilər bu məsələdə uğur qazana bilməzlər. Çünki hər şey ekonomik gəlişmələrin doğuracağı müsbət iqtisadi əlaqələrin yaranması ilə nəticələnməlidir. Belə nəticəni isə heç vaxt əldə etmək mümkün deyil. Həm də bu təsərrüfat əlaqələrini qurmaq üçün bazar yoxdur. Bu bazar əvvəllər mövcud idi. Aran Qarabağı ilə Dağlıq Qarabağ bir vahid təşkil edirdilər. Hətta biz onu vaxtilə bir kitabımızda “siam əkizləri” adlandırmışdıq. Dediyimiz həmin sistem erməni separatçılığı nəticəsində dağıldı. İndi belə əlaqələr qurulması üçün Aran Qarabağla Dağlıq Qarabağ birləşməlidir. Bu olmayacaqsa (olmayacağını onlar yaxşı bilirlər), ermənilərin bu ərazilərdə əhali yerləşdirmə ideyaları fiaskoya uğrayacaq. Belə plan qurmaq isə “Böyük Ermənistan” qurmaq kimi xülyanın bir tərkib hissəsi kimi həmin xalqın özünə bir təhdid oluşduracaq. Və bu ərazilər heç zaman ayrı olmayıb. XIX əsrin əvvəllərindən başlayaraq ermənilərin Qarabağa köçürülməsindən başlayaraq günümüzə qədər bu çoğrafiyada baş verən hadisələr çox mürəkkəb olub. Ermənilərin Dağlıq Qarabağa olan iddialarının əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə çatdırılsa da Dağlıq Qarabağda erməni separatçılığı bu əlaqələrə çox zərər vurub. Azərbaycanın tərkibində olduğu bütün dövrlərdə DQMV -də həyat tərzi, sosial-iqtisadi inkişaf Azərbaycanın digər regionlarından üstün olub. Nəyin hesabına? Əlbəttə, Qarabağın və Azərbaycanın digər regionlarının hesabına. Dağlıq Qarabağın işğalaqədərki və işğaldan sonrakı dövrlərdə sosial –iqtisadi və mədəni inkişafına fikir versək görərik ki, özünütəcrid və iqtisadi gerilik səbəbi separatçılıq fəaliyyətidir. Ermənistanın özünün də bu gün düşdüyü ağır durumun səbəblərini burada axtarmaq lazımdır. Ermənilərin DQMV-ın 1923-1991-ci illərdə geri qalması barədə fitnəkar fəaliyyətlərini ifşa etmək üçün kifayət qədər fakt və dəlillərimiz vardır.

Bu gün Dağlıq Qarabağın acınacaqlı durumu göz qabağındadır, separatçı rejimin bu torpaqların yeraltı və yerüstü sərvətlərini talan etməsi bu torpaqlarda onların müvəqqəti olduqlarının sübutudur.
Bir zamanlar İrəvan , Zəngəzur, Göyçə, Vedibasar, Zəngibasar, Dərələyəz, Ağbaba…kimi minlərcə Türk yurdu əbədi itirilib. Ermənilər indi Qarabağa da, işğal altında saxladıqları digər Azərbaycan bölgələrinə də eyni taleyi yaşatmaq istəyirlər. Bunun üçün məkrli planlar qurur, işğal etdikləri ərazilərə buraya yad olan insanları yerləşdirir, bu yerin adlarına da soyqırımı edir, onları dəyişdirərək erməniləşdirməyə cəhd edirlər. İşğal altında olan rayonların adlarının dəyişdirilməsi isə göstərir ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarmaq fikrində deyil. Budur, Azərbaycan rayon mərkəzlərinin dəyişdirilmiş adları:

Ağdam- Aqna (şəhər) Uxtasar(rayon)
Füzuli- Maranda
Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)
Kəlbəcər- Karvacar(şəhər) Şaumyan (rayon)
Zəngilan-Kovşaqan
Qubadlı- Sanasar
Cebrayıl-Craqan
Xocalı- İvanyan
Şuşa- Şuşi
Xankəndi- Stepanakert
Xocavənd- Martuni
Ağdərə- Mardakert

Yalnız rayon adları deyil, işğal altındakı qəsəbə və kəndlərimizin də adları dəyişdirilərək “erməniləşdirilir”. Məsələn, Ağdamın məşhur Abdal Gülablı kəndinin adı dəyişdirilərək Vazgenaşen (Vazgen Sarkisyanın şərəfinə) qoyulub. Bölgənin ermənilərə aidliyini “sübut” etmək üçün arxeoloji qazıntılar aparılır, ermənilərin burada yaşaması ilə bağlı tapınaqlar axtarırlar. “Qarabağ Tiqranakerti” ilə bağlı saxta arxe-bilgilərin dövrəyə buraxılması da bu qəbildəndir. Bu bölgələri əldə saxlamaq üçün bu ərazilərə əhali yerləşdirilməsi həm Ermənistanın, həm Qarabağdakı qondarma qurumun əsas hədəfidir. Bu, o deməkdir ki, ermənilər işğal etdikləri əraziləri əllərində saxlamaq üçün hər metoda əl atırlar. Qarabağda yeni erməni kəndləri salmaq da bu siaysətin tərkib hissəsidir.


Qafar Çaxmaqlı,
Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümünün başqanı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37

  • 
  • BBC: «Suriya erməniləri Dağlıq Qarabağa yerləşdirilir»

    BBC: «Suriya erməniləri Dağlıq Qarabağa ...

    27-04-2015, 21:13

  • 
  • Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər...

    Ermənilər Azərbaycana qarşı döyüşmək istəmirlər... ...

    3-06-2016, 15:35

  • 
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34

  • 
  • Ermənilər işğal altında olan Azərbaycan ərazilərində yanğın törədiblər

    Ermənilər işğal altında olan Azərbaycan ...

    28-09-2015, 22:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu