GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ ORDUSU POLŞADA – “200 il əvvəl Napoleonun ordusunu belə alqışlamışdılar”

ABŞ ORDUSU POLŞADA – “200 il əvvəl Napoleonun ordusunu belə alqışlamışdılar”

Tarix: 18-01-2017, 00:38 Bölmə :Dünya Baxış: 401
ABŞ ORDUSU POLŞADA – “200 il əvvəl Napoleonun ordusunu belə alqışlamışdılar”

“Amerikan hərbçiləri Polşaya daimi qalmaq üçün gəliblər”

Bu bazar günü Polşada planlaşdırılmamış bayram idi. Varşava, Krakov və digər şəhərlərdə amerikalı hərbçilərin gəlişini qeyd edirlər: Hərbi orkestr çalır, tanklar və digər hərbi texnika ümumi göstərişə çıxarılıb. Bu Polşanın tarixində xüsusi gündür. Polşalıların böyük əksəriyyəti öz torpaqlarında xarici əsgərləri 200 il bundan öncə beləcə alqışlamışdılar. Bu Napoleon ordusu olub.

Hazırda söhbət amerikalı əsgərlərdən gedir. Almaniyanın əvəzinə ABŞ hərbi bazalarının (indi Almaniyada 36 min amerikalı hərbçi dislokasiya edilib) Şərqi Avropaya yerləşdirilməsi diskusiyaya səbəb olmuşdu. Çünki Almaniya Federativ Respublikası Şərq blokunun yıxılmasından sonra artıq müdafiəyə ehtiyac duymurdu. Həm də ki, qoşunların onun ərazisində yerləşdirilməsi çox yüksək məsrəf tələb edirdi.

- Jaqanidə görüş

Amma həmin diskusiyalarda danışıqlardan uzağa gedilmədi. Lakin 2014-cü ildə Rusiya Krımı ilhaq etdi. Polşanın o zamankı xarici işlər naziri Radoslav Sikorski NATO-nu iki briqada ilə onun ölkəsinin müdafiəsini gücləndirməyə çağırdı.

Budur, Polşaya Koloradada dislokasiya olunmuş ilk Amerika zirehli tank briqadası gəlib. Onun tərkibində 3500 əsgər və zabit, 87 tank, 400 “Humwee” avtomobili var.

Bütün bu qüvvə “Atlantic resolve” (Atlantik qətiyyəti) əməliyyatı çərçıvəsində NATO-nun şərq cinahını möhkəmləndirmək üçün nəzərdə tutulub.

Hərbi briqadanın şəxsi heyətini Polşanın Jaqan şəhəri təntənəli surətdə qəbul edəcək. Polşadan başqa ayrıca hərbi bölmələr rotasiya prinsipi əsasında Estoniya, Latviya, Litva, Macarıstan, Rumınıya və Bolqarıstanda yerləşdiriləcək. Briqadanın şəxsi heyəti və texnikası hər doqquz aydan bir dəyişəcək.

- Baltik ölkələrinin qorxusu

Amerikanın zirehli briqadasının Polşada yerləşdirilməsinin ardından NATO tərəfindən digər addımlar da atılacaq. Yanvar ayının sonunda Litvada Almaniyanın rəhbərliyi altında NATO-nun ön cərgədə dayanacaq aparıcı batalyonu yerləşdiriləcək. Onun tərkibinə alman əsgərlərindən başqa digər ölkələrdən olan 500 əsgər daxil ediləcək. Böyük Britaniyanın rəhbərliyi altındakı 1000 nəfər NATO əsgəri isə Estoniyaya yerləşdiriləcək. Kanadanın rəhbərliyi altındakı bir o qədər əsgər isə Latviyaya yollanacaq.

ABŞ-ın komandanlıq edəcəyi NATO-nun daha bir batalyonu Polşanın şimal-şərq rayonunda Suvalki şəhəri yaxınlığında yerləşdiriləcək. Bu şəhər cənubdan Belarus, şimaldan isə Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə malik, uzunluğu isə 100 kilometrdən az olan Suvalki koridorunun ortasındadır.

ABŞ ORDUSU POLŞADA – “200 il əvvəl Napoleonun ordusunu belə alqışlamışdılar”

Hərbi ekspertlər uzun müddətdir ki, həyəcan təbili çalırlar – əgər Rusiya Baltik ölkələrinin birinə qarşı hibrid və ya konvensional hərbi kampaniyaya başlayarsa, onda onlar Baltik dövlətləri ilə NATO müttəfiqləri arasındakı yolu asanlıqla kəsə bilərlər. Çünki Suvalki koridoru ilə alyansın Baltik dövlətləri ilə quru əlaqəsi var.

Rusiyanın Ukraynadakı hərəkətləri fonunda Latviya, Litva və Estoniyanın öz hərbi qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirmələrinə baxmayaraq, onlar aqressor qarşısında hələdə kifayət qədər zəifdirlər.

- Mühüm qərar

SSRİ-nin dağılmasından sonra NATO Moskvanı əmin etmişdi ki, təhlükəsizliklə əlaqədar vəziyyət pisləşməsə, onda alyans üzvləri şərqi Almaniya ərazisində böyük hərbi hissələr yerləşdirməyəcəklər.

Amma Rusiyanın Ukraynadakı hərəkətləri ilə bağlı olaraq, NATO-nun keçən ilki Varşava sammitində alyans şərq cinahının möhkəmləndirilməsi qərarına gəlib. Həmin qərarda NATO hərbi hissələrinin rotasiya və daimi manevrlər keçirilməsi əsasında Şərqi Avropa ölkələrində yerləşdirilməsi nəzərdə tutulub.

Ancaq Donald Trampın prezident seçilməsindən sonra Baltik regionunda narahatlıq artıb. NATO-nun Varşava sammitindəki qərarın ABŞ-ın yeni prezidenti tərəfindən dəstəklənəcəyi Baltik ölkələri üçün tam aydın deyil. Və yaxud Donald Tramp Moskva ilə razılaşıb, dünyanı yeni təsir sferasına bölə bilər. Axı Tramp bəyan edib ki, NATO çərçivəsindəki maliyyə öhdəliklərini yerinə yetirməyən ölkələri ABŞ müdafiə etməyəcək. Düzdür, bu məsələ hərbi xərclərin maliyyələşdirilməsi öhdəliyini yerinə yetirən Polşa və Baltik dövlətlərinə aid deyil.

- Moskvanın etirazları

Moskva Polşa və Baltik ölkələrində NATO batalyonlarının yerləşdirilməsinə etiraz edir. Rusiya dövlət KİV-ləri bu hərəkətləri təcavüzkar hücum adlandırır. Amma buna baxmayaraq, onlar Estoniyadan Rumıniyayadək uzanan ərazinin təhlükəsizliyini təmin etmək üçün yerləşdirəcəkləri hərbi dəstlərin sayının Qərbi Berlini 1989-cu ilədək qoruyan NATO gücündən qat-qat az olmasından danışmırlar.

Bu arada isə 2007-ci ildən Rusiya özünün qərb sərhədlərində və ya qonşu Belarusda mütəmadi hərbi təlimlər keçirir və belə təlimlərdə on minlərlə əsgər iştirak edir. Həmin təlimlər zamanı Polşa və Estoniyaya zərbələr vurulması üzərində məşq edilir. Rusiyanın Ukrayna ilə münaqişəsi fonunda bu cür təlimlərin keçirilməsi həm Polşada və eyni zamanda da Baltik ölkələrində əsaslı təhlükə yaradır.

(Deutsche Welle-Almaniya)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor yerləşdirəcək

    NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor ...

    8-07-2016, 23:31

  • 
  • "ABŞ ordusu Suriyada hərbi əməliyyat keçirməyə hazırdır"

    "ABŞ ordusu Suriyada hərbi əməliyyat ...

    25-08-2013, 11:22

  • 
  • Amerikalı general: “ABŞ hərbçiləri Azərbaycanda birgə təlimlərdə iştirak edə bilər”

    Amerikalı general: “ABŞ hərbçiləri Azərbaycanda ...

    26-05-2016, 22:42

  • 
  • ABŞ İŞİD-i bombaladı

    ABŞ İŞİD-i bombaladı ...

    9-09-2014, 11:54

  • 
  • Rus ordusu Ermənistanda hərəkətə keçdi

    Rus ordusu Ermənistanda hərəkətə keçdi ...

    15-01-2015, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu