Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fətullahçı Terror Təşkilatı “FETÖ-nün dövlət çevrilişinə cəhdindən sonra həbs edilənlərin sayını açıqlayıb. Prezident bildirib ki, çevriliş cəhdinə dair aparılan istintaqlar çərçivəsində 43 min nəfər həbs edilib. Onun sözlərin görə, çevriliş cəhdindən sonra dövlət müəssisələrində çalışan 93 min dövlət qulluqçusu işdən çıxarılıb: “Təmizləmə əməliyyatı hələ davam edəcək”. Qeyd edək ki, Türkiyədə baş verən hərbi çevriliş cəhdləri nəticəsində 246 nəfər həlak olub, 2185 nəfər xəsarət alıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?