Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.
"Xilasetmə, işləri demək olar ki, başa çatıb. Bizim birinci dərəcəli vəzifəmiz yaralı sərnişinlərin qayğısına qalmaq və onları xəstəxanalarda lazımi müalicə ilə təmin etməkdir. Biz eyni zamanda bütün vaqonlarda axtarışları davam etdiririk ki, onlarda kiminsə qalmadığına əmin olaq", - deyə ölkənin dəmiryol xidmətinin nümayəndəsi bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?