Bu gün Ermənistanın müdafiə naziri Vigen Sarkisyan İrana səfər edəcək. Bu barədə İRNA agentliyi məlumatlı mənbəyə istinadən məlumat yayıb. Səfər çərçivəsində Tehranda iki ölkənin müdafiə nazirləri arasında görüş keçiriləcək. "Sarkisyanın səfərində əsas məqsəd İran və Ermənistan arasında müdafiə sahəsində məsləhətləşmələrin davam etdirilməsidir. Gündəlikdə Tehran və Yerevan arasında ikitərəfli və regional əlaqələrin möhkəmləndirilməsi də var", - deyə mənbə əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?