Ermənistan prezidentinin fərmanı ilə Vigen Sarkisyan müdafiə naziri təyin edilib. Bundan öncə o, Prezident Administrasiyasının rəhbəri postunu tutub.
Sarkisyanın digər fərmanı ilə Yuri Xaçaturov Baş Qərargah rəisi vəzifəsindən azad edilib. O, ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.
Onun yerinə Qarabağ Silahlı Qüvvələrinin keçmiş komandanı Movses Akopyan təyin edilib.
Yeni müdafiə naziri hərbçi deyil. Vigen Sarkisyan 1975-ci il mayın 10-da anadan olub. 2011-ci il oktyabrın 17-dən Ermənistan Prezident Aparatının rəhbəri olub. Müxtəlif illərdə Prezident Aparatı rəhbərinin müavini, prezidentin köməkçisi olub. 2000-2003-cü illərdə Ermənistan Silahlı Qüvvələrində müdafiə nazirinin referenti kimi çalışıb.
Ermənistan Respublikası Milli Məclisi sədrinin köməkçisi olub. 1998-2000-ci illərdə Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb. Yerevan Dövlət Universitetini diplomatiya tarixi ixtisası üzrə bitirib. 1992-1996-cı illərdə Sankt-Peterburqda Şimali Qərb Mülki Xidmət Akademiyasında təhsil alıb
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?