Məxfiliyi ləğv edilmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sənədlərində 1968-ci ildə Hindistan yarımadasında UNO-nun peyda olduğu bildirilib. Naməlum obyektlər Hindistanın Ladax vilayətində, Nepalın şimal-şərqində və Butanın qərbində qeydə alınıb. Belə ki, 1968-ci ilin martında gecə saatlarında Nepalın Kaski əyalətində parlayan cisim görünüb: “Çanq La, Fukçe və Koyul ərazilərində 4 mart 1968-ci ildə 2 partlayış səsi eşidildi. Daha sonra isə ağ duman yayan qırmızı işıqlar göründü”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?