Pakistanın şimal-qərbindəki Hayber-Pahtunhva vilayətinin Çitral dairəsində baş vermiş qar uçqunu nəticəsində azı 14 nəfər həlak olub.
gundemxeber.az report.az-a istinadən bildirir ki, bu barədə "Dawn" qəzeti xəbər verib.
Məlumata görə, ölənlərdən 6-sı uşaq, 6-sı isə qadındır. Xəbərdə bildirilir ki, Şer Şal rayonundakı kəndlərdən biri, o cümlədən 25 ev qar altında qalıb. Daha 5 ev isə tamamilə dağılıb.
Uçqunlar altından çıxarılmış 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmin dairədə, Arundu rayonu ərazisində bir neçə saat sonra Pakistan-Əfqanıstan sərhədləri yaxınlığındakı polis postu da qar uçqununa məruz qalıb. Nəticədə yeddi asayiş keşikçisi xəsarət alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?