GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Almaniyada terror reydləri daha çox şübhə gətirir

Almaniyada terror reydləri daha çox şübhə gətirir

Tarix: 5-02-2017, 20:12 Bölmə :Dünya Baxış: 311
Almaniyada terror reydləri daha çox şübhə gətirir

Fevralın 1-də Almaniyanın maliyyə paytaxtı Frankfurtda zirehli geyimli 1000-dən artıq alman polisi evlərə, ofislərə və məscidlərə soxularaq reydlər keçiriblər. Ölkə miqyasında 50-dən artıq məntəqə hədəfə alınıb. Almaniyanın təhlükəsizlik orqanlarından ötrü bu reydlər terrorizmlə qəti mübarizənin nümayişi idi. Amma nəticə zəif oldu. Cəmi bir nəfər həbs edildi. 15 nəfər istintaqa cəlb olunaraq azad buraxıldı.
Həbs edilən 36 yaşlı tunisli Almaniyadakı hücumların təşkilatçısı kimi şübhəli qismində saxlanılıb. Daha bulanıq məsələ odur ki, bu şəxs Almaniya xüsusi xidmət orqanları rəhbərliyinin siyahısında 2015-ci ildə Tunis paytaxtındakı milli muzeydə baş verən qanlı hadisələrdə şübhəli kimi qeydiyyatdadır.

Almaniyada terror reydləri daha çox şübhə gətirir

İKİ QANUN LAYİHƏSİ HAZIRLANIB

“Gündəm Xəbər” “The New York Times” qəzetinə istinadən bidirir ki, bu hal artıq qaldırılmış bir problemə bir daha işıq salır: Almaniyadakı təhlükəsizlik sistemi boşluqlar və problemlərlə doludur. Bəlkə II Dünya müharibəsindən sonrakı dövrün strukturu 21-ci əsrin terrorizm təhlükəsi üçün artıq köhnəlib?

Almaniyada terror reydləri daha çox şübhə gətirir

Keçən ilin dekabrında Berlindəki yeni il yarmarkasında yük maşınıyla 12 nəfəri öldürmüş, daha sonra polisin qətlə yetirdiyi tunisli Anis Amri kimi, fevralın 1-də saxlanan, adı çəkilməyən tunisli də Almaniyaya şığınacaq axtaran şəxs kimi daxil olub. Onun deportasiyası bürokratik əngəllər və sənədlərinin olmaması ucbatından baş tutmayıb və o, hüquq-mühafizə orqanlarının əlləri arasından sürüşüb çıxa bilib. Amma daha öncə Tunis hakimiyyəti alman həmkarlarını xəbərdar edibmiş.
Yaxşı xəbər odur ki, polis ciddi araşdırmalar apararaq ehtimal olunan aktın qarşısını başlanğıc mərhələdəcə alıb.
Ancaq bu kiçik uğur belə kansler Angela Merkelə təzyiqləri azaltmayıb. Xanım kansler 2015-ci ildə milyona yaxın miqrantın ölkəyə girişinə icazə verdiyinə görə seçki problemləriylə üzləşib.
Daxili İşlər naziri Thomas de Maizière iki yeni qanun layihəsi təqdim edib. Qanun layihələrində Almaniyanın federal sistemində bürokratik maneələri aradan götürmək və ictimai təhlükə törədə biləcək insanları daha yaxşı müşahidə etmək imkanları nəzərdə tutulur. Amma bu təqdimat da sonuncu şübhəli tunisli barədə suallarla atəşə tutuldu. Çünki bu tunisli də cənab Amri kimi uzun müddət hökumət dairələrinin müşahidəsində olub.

Almaniyada terror reydləri daha çox şübhə gətirir

10 İL ALMANİYADA YAŞAYIB

Sonuncu saxlanan şübhəli 2003-cü ildən 2013-cü ilin aprelinə qədər Almaniyada yaşayıb. Federal rəsmilər boyunlarına alırlar ki, bu 10 ildə şübhəli şəxsin nə işlə məşğul olduğunu, necə və niyə ölkədən çıxdığını və necə qayıtdığını onlar dəqiqliyi ilə bilmirlər.
Cənab de Maizière deyib ki, fevralın 1-də həbs edilən tunisli 2015-ci ilin yayında başqa adla və çox güman, qaçqın sifətiylə Almaniyaya qayıdıb.

Qaranlıq qalan mətləblər arasında tunislinin 2016-cı ildə sərhədi yenidən keçib-keçməməsi də var. Frankfurt prokuroru tunisli məmurlardan öyrənib ki, şübhəli nəinki 2015-ci ildə muzeyə hücumda iştirak edib, onun həm də 2016-cı ilin martında Tunis sərhəddində yerləşən Ben Gardane şəhərindəki hadisəylə bağlılığı var.
“Çərşənbə günündəki şübhəlilər siyahısında 17 yaşlı almaniyalı iraqlı da var. O, iyulda Dubaya getməyə cəhd edib. Oradan da qeyri-müəyyən terror qruplarından silah və partlayıcı vasitələrin istifadəsini öyrənmək üçün Suriyaya keçmək istəyib”,– Frankfurt prokuroru Alexander Badle belə deyib.

3 ANTİTERROR BİRLƏŞMƏSİNİN REYDİ

Prokuror bəyan edib ki, digər potensial təhlükəli əslən Əfqanıstandan olan 16 yaşlı almandır. Müəyyən edilib ki, o, keçən ilin sentyabrında Frankfurtu tərk edərək silah və partlayıcı maddələrlə davranmağı öyrənmək üçün Suriyaya yollanmazdan öncə Dubaya, sonra Əfqanıstana getmək istəyib.
Berlində 250-dək polis və ağır silahlarla təchiz edilmiş 3 antiterror birləşməsi Moabit rayonundakı məscidə düzənlənən reyddə iştirak edib. Yeni il bazarının başqınçısı Amri bu məscidə 19 dekabr hücumundan əvvəl baş çəkib və yaxınlıqdakı körpüdə özünün “İslam Dövləti”nə aid olduğunu dediyi videonu çəkib.

Xanim Merkel isə bu arada Almaniyanın cənub-qərbində olub. O, qaçqınlara göstərdiyi xeyirxahlığa görə mükafata layiq görülüb.
Təqdimat mərasimiylə bağlı xəbərlərdə deyilir ki, nə xanım Merkel, nə də başqa çıxışçılar qaçqınlarla bağlı çıxış ediblər. Əvəzində, onların nitqləri Avropanı gözləyən yeni təhlükə – populizm və Avropa Birliyinin parçalanması barədə olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniyada terror hadisəsində şübhəli bilinən şəxs axtarışa verilib

    Almaniyada terror hadisəsində şübhəli bilinən ...

    21-12-2016, 23:11

  • 
  • Brüsseldə 9-cu şübhəli həbs edildi

    Brüsseldə 9-cu şübhəli həbs edildi ...

    25-12-2015, 00:20

  • 
  • Almaniyada İŞİD-çi tutuldu

    Almaniyada İŞİD-çi tutuldu ...

    22-11-2014, 02:15

  • 
  • Almaniyadakı dəhşətli qatar qəzasının səbəbi məlum olub

    Almaniyadakı dəhşətli qatar qəzasının səbəbi ...

    10-02-2016, 13:52

  • 
  • Danimarkada 4 şübhəli həbs edilib

    Danimarkada 4 şübhəli həbs edilib ...

    8-04-2016, 00:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu