Almaniyada qatarların toqquşmasına insan faktoru, daha doğrusu, dispetçerin səhvi səbəb olub.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, dispetçer gecikən qatarı qırmızı işıqda irəli buraxmaq üçün avtomatik siqnalizasiyanı söndürüb. Lakin qatar yol qovşağını təyin olunmuş müddətdə keçə bilməyib və həmin vaxt qarşıdan gələn digər qatar üçün yaşıl işıq yanıb. Bu da yüksək sürətlə hərəkətdə olan iki qatarın toqquşması ilə nəticələnib.
Xatırladaq ki, fevralın 9-da Bavariyanın Bad-Ayblinq şəhəri yaxınlığında tam sürətlə hərəkət edən qatarların toqquşması nəticəsində 10 nəfər həlak olub, 100-dən artıq insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin çətin keçilən ərazidə baş verməsi xilasetmə əməliyyatlarını çətinləşdirib.
Sorğu
Yeni dizaynımız necədir?