Fransada sağ yönümlü partiya “Xalq cəbhəsi”nin lideri Marine Le Pen prezidentlik kampaniyasına başlayıb.
O, seçkiqabağı proqramında 144 vəd verib. Onun vədləri arasında avrozonadan çıxmaq, NATO sıralarını tərk etmək, əcnəbi işçi qüvvəsindən istifadəyə görə vergiləri, bəzi sosial yardımları artırmaq, pensiya yaşını aşağı salmaq var.
Le Pen qalib gəldiyi təqdirdə Fransa vahid valyutadan imtina etməsə, o, Fransada Avropa Birliyindən çıxmaqla bağlı referendum keçiriləcəyini bildirir.
“Xalq cəbhə”sinin lideri özünü qloballaşma tərəfdarı olan siyasi rəqiblərindən daha vətənpərvər sayır.
Fevralın 5-də Marine Le Pen prezidentliyə namizəd kimi ilk nitqini söyləyəcək.
Son sorğulara görə, o, aprelin 23-də keçirilən birinci turda səslərin çoxunu toplaya biləcək, ancaq mayın 7-də keçiriləcək ikinci turda onun qalib gələcəyi inandırıcı görünmür.
2012-ci ildə keçirilən seçkilərdə Marin Le Pen seçicilərin 18 faizinin səsini toplamaqla 3-cü yeri tutmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?