Əfqanıstanda yağan güclü qardan sonra qar uçqunları və şaxta nəticəsində son 3 gündə ölənlərin sayı 54 nəfərə çatıb.
“France-Presse” agentliyinin verdiyi məlumata görə, bunu Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin ləğvi üzrə naziri Ömər Məhəmmədi açıqlayıb.
Ö. Məhəmmədi deyib ki, ölkənin 22 əyalətində qar uçqunu və şaxtalar nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb, 42 nəfər xəsarət alıb. Təbii fəlakət nəticəsində 168 ev dağılıb, 340 baş mal-qara ölüb.
Sorğu
Yeni dizaynımız necədir?