Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri Şəfayət Əliyev keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədovun mətbuatda barəsində və universitetin rektoru Nazim Hüseynli barəsində qeyri-etik ittihamlara aydınlıq gətirib. “Nazim Məmmədovun diqqətinə çatdırıram ki,boş-boş işlərdən əl çəkib ciddi işlərlə məşğul olsun və zəhmət çəkib arada öz kəndinə də baş çəksin .Professorun dayısının evində oturub küfr etməklə məşğul olmasın.Sabiq millət vəkili bir az özünə hörmət qoyursa ciddiliyini qorusun.Qalmaqallarla özünü yenidən “yada” saldırmaq missiyasından UZAQ DURSUN.Hələ seçkilərə var,...təbliğatını da professorun üzərindən qurmağa çalışmasın. Şəfayət Əliyev onu da vurğulayıb ki,sabiq deputat özünə aid işlərlə məşğul olsa daha effekli olar. “Başkənd günləri” keçirmək və bu günü öz adı ilə bağlamaq cəhdləri edirsə dönüb bir keçmişə baxsın.Görsün ki,1992-ci ildə sabiq millət vəkili Rusiyada hansı işlərlə məşğul olub. Şəfayət Əliyev vurğulayıb ki, Nazim Məmmədov haqqında professor heç vaxt heç yerdə hər hansı bir ant-təbliğat işi aparmayıb və buna onun nə zamanı,nə ehtiyacı yoxdur. “Nazim Məmmədovun qalmaqal yaratmaqda mahirdir.2010-cu il seçkilərində də bunun əyani şahidi olmuşuq.Onun universiteti aşağılayacaq ifadələr işlətməsinə cavab olaraq qeyd edim ki,adıçəkilən universitet Nazim Məmmədovdan fərqli olaraq bir çox mütəxəssislər yetişdirməkdədir.Zəhmət cəkib özünəməxsus klinikasının qeydinə qalsın.Əgər bir insan öz qohum-əqrəbasını məhkəmələrdə süründürürsə ona nə ad vermək olduğunu cəmiyyət yaxşı bilir.Buna sabiq millət vəkilinin heç şübhəsi olmasın. Nəzərinə çatdırıram ki, şəxsinə məxsus“Loğmed” klinikasında Şahid adlı qohumunun 2009-2010-cu illərdə çalışmış həkimlərin haqqını necə mənimsədiyi ilə maraqlansın. O ki,qaldı kiminsə tərcümeyi halını yaxşı bilməyimə cənab Məmmədov bilməlidir ki,onun da tərcümeyi-halı ilə tanışam.Məni isə tanımağına heç məsləhətdə görmürəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?