GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiyanın Donbasdakı “səhra komandirləri” bir-bir dənlənir...

Rusiyanın Donbasdakı “səhra komandirləri” bir-bir dənlənir...

Tarix: 10-02-2017, 11:43 Bölmə :Dünya Baxış: 278
Rusiyanın Donbasdakı “səhra komandirləri” bir-bir dənlənir...

Xəbər verdiyimiz kimi, Ukraynanın cənub –şərqində gedən müharibənin parlaq personajlarından, 36 yaşlı “polkovnik”, "Givi" ləqəbli Nikita Tolstıx öldürülüb.

Donbaslı separatçı Makeyevkadakı hərbi bazasında oturduğu yerdə “Şmel” markalı odsaçan silahla qətlə yetirilib.

Ukrayna mətbuatı xəbər verir ki, bir çox ekspertlər Givinin Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülməsi versiyasına şübhə ilə yanaşır. Çünki terrorçu batalyon komandirini öldürən silah yalnız Rusiyada istehsal olunur və Ukrayna ordusunun inventarına daxil deyil. Bundan başqa, Givinin rəhbərlik etdiyi “Somali” batalyonunun bazası olduqca yaxşı qorunur. Qatil qurbanının orada olduğunu dəqiq bilərək maneəsiz şəkildə bazanın 50-100 metrliyinə yaxınlaşaraq atəş açıb. Kremlin özündə də Givinin ölümünə olduqca yumşaq reaksiya verilib. Ənənəvi olaraq Kiyevi ittiham etmək əvəzinə münaqişənin dinc yollarla həllinə ümid edildiyi ifadə olunub.
Bütün bunlar Giviyə qarşı törədilən sui-qəsdin arxasında Moskvanın özünün dura biləcəyi versiyaları gücləndirib.

Hazırda hər kəsin dilində olan və Rusiyanın “əfsanə” olaraq göylərə qaldırıb, sonra yerə düşürdüyü iddia edilən Givi əslində kim olub?

Givi Rusiyadan gəlib Donbasda at oynadan digər səhra komandirlərindən fərqli olaraq həqiqətən yerli “məhsul” sayılır. O, Donetsk vilayətinin İlovaysk şəhərində anadan olub və burada böyüyüb. Hərbi bacarıq qabliyyətinə isə nə qədər qəribə olsa da Ukrayna ordusunda yiyələnib.

Givi vaxtilə 4 ay öncə liftdə partladılıb öldürülən “Motorola” ləqəbli Arseni Pavlovla birlikdə Rusiyanın agenti İqor Streklov-Girkinin dəstəsəində, Slavyansk şəhərində Ukrayna ordusuna qarşı döyüşüb.

Girkin Slavyanskı tərk etdikdən sonra Givi və “Motorola” Donetskə yerləşiblər.
Arseni Pavlov iki yüz döyüşçüdən ibarət “Sparta”, Givi isə “Somali” batalyonunu yaradıb.
Rusiyanın Putinpərəst mətbuatı hər iki batalyonun Donetsk ətrafında və Ukrayna ordusu üçün faciəli məğlubiyyətlərdən biri sayılan İlovaysk şəhəri uğrunda gedən döyüşlərdə fərqləndiyini yazır.

Burada Givi özünü əsl “xalq qəhrəmanı” kimi göstərməyi bacarıb.

“Novaya qazeta”nın yazdığına görə, onun müharibənin qızğın vaxtında, artilleriya atəşi altında ədabazlıqla sakitcə siqaret çəkərək döyüşü seyr etdiyi və ya Ukrayna hərbçilərini rabitə vasitəsilə ağır söyüşlərlə təhqir etdiyi kadrlar Rusiya televiziyalarında film kimi dəfələrlə nümayiş olunub.

Lakin elə həmin kadrlarda Givinin dinc əhalinin yaşadığı binanın altında duraraq qorunduğu açıq şəkildə görünürmüş.

Həm Givi, həm də Arseni Pavlov mətbuatın diqqətində olmağı seviblər. Onlar dəfələrlə jurnalistləri döyüş bölgəsinə aparıb, daha sonra çəkilişə görə onlardan pul istəyiblər. Bu mənada Givinin Rusiyanın təbliğat ruporu Lifenews kanalı ilə olduqca sərfəli əməkdaşlıq edib.

Hər iki tabor komandiri müharibə vaxtı hərbi əsirlərə qarşı xüsusi amansızlıqları ilə seçiliblər. Donetsk separatçılarının youtube-da yaydığı videolarda Givinin hərbi əsirləri hər kəsin önündə təhqir etdiyi kadrlar yer alıb. “Motorola” isə şəxsən 15 Ukrayna hərbçisini öz əli öldürdüyünü fəxrlə bəyan edirmiş.

“Novaya qazeta” hər iki sərha komandirinin Rusiya televiziyalarında qəsdən şişirdilərək önə çıxarılmasına diqqət çəkir. Onlarla süjet və vieoroliklər Givi və “Motorola”nı qondarma “DNR”-in ən məşhur könüllü dəstə komandirinə və əsas media simalarına çevirib.

“Əgər “Motorola” Komidə maşın yuma işini atıb Ukraynada "faşistlərlə" mübarizə aparmağa gələn rus könüllüsü rolunu oynayırdısa, Givi Rusiya prezidenti Vladimir Putinin ifadə etdiyi kimi yerli “traktorçu və şaxtaçıların” təmsilçisi kimi təqdim olunurdu”, -qəzet yazır.

Mətbuatın yazdığına görə nə “Motorola”, nə də Givi ağır döyüşlərin taleyini həll edən qəhrəman olmayıblar və hər hansı hərbi şücaət də göstərməyiblər.

Givinin könüllülərlə birlikdə İlovayskı götürdüyü barədə sözləri isə şəhəri mühasirəyə alaraq tar-mar edən Rusiyaya məxsus ağır tankların fonunda heç də inandırıcı görünməyib.

Real müharibədə iştirak etmək heç onların vəzifələrinə də daxil olmayıb.

Onların əsas vəzifəsi müharibədə vuruşan, Ukraynanı işğal edən əsl ordunun-Rusiya qoşunlarının mövcudluğunu ört-basdır etməkdən və həmin ordunun qazandığı qələbələrin simalarına çevrilməkdən ibarət olub.

Donetsk ətrafında yarım il davam edən döyüşlər Rusiyada televiziya tamaşaçılarına avtoyuyucu (“Motorola”) və yük maşını sürücüsünün (Givi) faşistlərlə apardığı xalq müharibəsi kimi təqdim olunub.

Donetsk aeroportu işğal edildikdən sonra Givi ekranlardan bir müddət yoxa çıxdı. “Motorola”nın qətlindən sonra isə Givi öz batalyonu olan son komandir sayılırdı. Rusiya yaratdığı oyuncaq respublikalarda daimi əsasda fəaliyyət göstərən hərbi birliklərin qurulması prosesinə başlamışdı. Givinin gedişi ilə Donbasda “xalq müharibəsi” deyilən məzhəkənin başa çatdığını və hərbi monopliyanın tam şəkildə qurulması prosesi başa çatıb.

“Polkovnik” Givinin öldürülməsi əslində Donbasdakı “xalq komandirləri”nin müəammlı ölüm seriyasının növbəti epizodlarından biri kimi qiymətləndirlir.

Hazırda Donbasdakı “rus baharı”nın liderlərindən çox az adam həyatda qalıb.
Demək olar ki bütün səhra komandirləri son iki il ərzində qeyri-döyüş şəraitində o dünyaya göndərilib. Onların bir qismi sui-qəsdlə, digərləri isə “təbii üsullarla” həyata vidalaşıb. Bəziləri isə ümumiyyətlə, Rusiyada itib-batıblar.

Bunlardan öldürülən və ya ölü olaraq tapılan Pavel Dremovu, Aleksey Mozqovoy (“Prizrak” taboru), Armen Baqiryanı (“Baqqi”), Aleksandr Bednov (“Betmen), Pervomaysk şəhərinin “xalq meri” Yevgeni İşşenkonu göstərmək olar.

İşşenko xaric adları çəkilənlərin hamısı Ukrayna vətəndaşıdır.

Sağ qalanlar isə könüllü şəkildə ərazini tərk edib canlarını qurtaranlardı.

Bunlarİqor Strelkov-Girkin, qondarma “DNR”-in birinci rəhbəri Aleksandr Boroday, Kazak ataman rəhbəri Nikolay Kozitsın, Qorlovka şəhərinin “xalq meri” İqor Bezler, və “Vostok” taborunun lideri Aleksandr Xodakovskidir.

Xodakovskidən başqa sağ qalanların hamısı Rusiya vətəndaşıdır....
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qisas alındı: Məşhur terrorçu yaralandı

    Qisas alındı: Məşhur terrorçu yaralandı ...

    1-02-2017, 00:03

  • 
  • Donetskdə atışma: Ukrayna ordusu itki verdi

    Donetskdə atışma: Ukrayna ordusu itki verdi ...

    9-10-2016, 17:37

  • 
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Ukraynada “Smerç”lər işə düşdü, meyitləri yığan polkovnik ağlını itirdi

    Ukraynada “Smerç”lər işə düşdü, meyitləri yığan ...

    4-09-2014, 20:21

  • 
  • Parisdə Ukrayna böhranı müzakirə olunacaq

    Parisdə Ukrayna böhranı müzakirə olunacaq ...

    2-03-2016, 21:12


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu