Son vaxtlar Ermənistan mətbuatında tez-tez erməni ordusunun real itgiləri və bu itgilərin gizlədilməsi haqqında yazılara rast gəlirik
Erməni tərəfi ölənlərlə yanaşı hətda yaralıların dəqiq sayını belə yerli mediadan gizlətməyə çalışır.
Digər tərəfdən Ermənistan ordusunda yaralanan hər hansı bir əsgərin sonrakı taleyi Sarkisyan rejimini qətiyyən maraqlandırmır.
Erməni mətbuatı bildirir ki, hərbi xidmət zamanı xəsarət alan erməni əsgərlərinin çoxu müalicə ala bilmir.
Ermənistanın "Aykakan Jamanak” qəzetinin yazdığı xəbərə görə, hərbi xidmət zamanı keçmiş əsgər Vazqen Ayrapetyan yol qəzasına düşüb və əməliyyat olunub. Lakin onun təkrar əməliyyata ehtiyacı var.
Əsgərin atası Vaqram Ayrapetyan qəzetin müxbirinə bildirib ki, oğlu 15 avqust 2016-cı ildə Ermənistanın Sünik vilayətindən parad məşqində iştirak etmək üçün əsgər yoldaşları ilə birlikdə İrəvana yollanıb.
Növbəti məşq günü qəza baş verib və Ayrapetyan bədən xəsarəti alıb. Əsgər xəstəxanaya çatdırılıb. O, sol omba və boyun sınığı diaqnozu ilə əməliyyat olunub.
Xəstənin bud nahiyəsinə müvafiq mil qoyulub. Lakin həkimlər bildiriblər ki, mili 4ay keçdikdən sonra çıxarmaq lazımdır: "Artıq 6 ay keçib, lakin təkrar əməliyyat üçün əlillik qrupu lazımdır. Bu proses əməlli - başlı baş ağrısına çevrilib və əslində qeyri-mümkün görünür. Təsəvvür edə bilməzsiniz ki, xəstəxanada nə baş verir. Burdan- qərargaha, qərargahdan-bura. Heç kim məlumat vermir ki, sonrakı proseslər necə olacaq. Vazqen otura və uzana bilmir. O, sonsuza kimi qoltuq ağacının köməkliyi ilə ayağını sürüyə bilməyəcək” .
Ayrapetyan məsələ ilə bağlı Müdafiə Nazirliyinə və Ombudsmana müraciət edib.
Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan qəzetə bildirib ki, müraciət qeydiyyatdan keçib, qurum bu müraciətlərlə məşğul olur və problem mütləq həll olunacaq. İkinci əməliyyatın indiyə kimi keçirilməməsi ilə əlaqədar Hovanisyan deyib ki, bu tibbi sualdir və mütəxəssislər bunu məqsədəuyğun hesab etmirlər.
İnsan hüquqları ofisindən isə bildiriblər ki, bu problemin həlli onların qurumuna aid deyil. Vaqram Ayrapetyanın sözlərinə görə, əməliyyat üçün dövlət tibb müəssisəsinə 205 dollar ödəyir. Lakin əməliyyatın məbləği 825-1235 dollar civarındadır: "Buna görə, əməliyyat rədd olunub. Onlar gözləyir ki, məbləği mən ödəyim”.
Ermənistanın yaralı əsgərlərin sonrakı taleyi ilə maraqlanmaması barədə ilk və ya tək fakt deyil. Bu gün erməni mətbuatında yüzlərlə əsgərin düşdüyü bu acınacaqlı vəziyyəti əks etdirən yazılara rast gələ bilərsiz. Bütün bu faktlar onu göstərir ki, Serj Sarkisyan rejimi erməni diasporu və onun himayədarlarının topladığı pulu orduya deyil, cibinə axıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?