Hadisə iyulun 22-də yerli vaxtla saat 12:30-da baş verib Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətə çağırılmış erməni əsgər dünyasını dəyişib. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, hadisə iyulun 22-də yerli vaxtla saat 12:30-da baş verib. Hadisə nəticəsində 19 yaşlı əsgər Narek Ovsepyan ölümcül yaralanıb. Təfərrüatları öyrənmək üçün istintaq aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?