Gürcüstan baş naziri Bidzina İvanişvili “Gürcü arzusu” koalisiyasının prezidentliyə namizədinin adını açıqlayıb. Gürcü KİV-nə istinadən xəbərə görə, cari ilin oktyabrında keçiriləcək prezident seçkilərində İvanişvilinin partiyasının namizədi ölkənin təhsil naziri Qeorqi Marqvelaşvili olacaq. Partiyanın keçirdiyi iclasda Marqvelaşvilinin namizədliyi yekdilliklə dəstəklənib. Qeorqi Marqvelaşvili fəlsəfə sahəsində elmlər namizədidir.
Sorğu
Yeni dizaynımız necədir?