Alasaniya İvanişvilinin prezident seçkilərinə namizədliyin onunla razılaşdırılmamasından narazıdır
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya dünən axşam Birinci Gürcüstan İctimai Yayım kanalında “Aksent” verilişində bildirib ki, baş nazir Bidzina İvanişvili ilə “ağır söhbəti” olub. Söhbət qarşıda duran prezident seçkilərində namizəd irəli sürülməsindən gedirdi. Xatırladaq ki, 1 oktaybr 2012-ci il parlament seçkilərində baş nazir İvanişvilinin başçılığı ilə “Gürcü arzusu” koalisiyası ölkədə hakim qüvvəyə çevrildi. Koalisiyaya bir neçə siyasi partiya, o cümlədən İrakli Alasaniyanın lideri olduğu “Azad demokratlar” daxil idi. Gürcüstanda prezident seçkiləri, qüvvədə olan Konstitusiyaya əsasən, 2013-cü ilin oktyabrında keçirilməlidir. Koalisiyanın seçkilərdə vahid namizəd irəli sürüb-sürməyəcəyi hələlik məlum deyil. Alasaniya İvanişvilinin prezident seçkilərinə namizədliyin onunla razılaşdırılmamasından narazıdır. Alasaniya prezidentliyə öz namizədliyini irəli sürməyi düşünüb-düşünməməsi barədə suala cavabda bildirib ki, bu məsələni koalisiya və onun lideri İvanişvili həll edəcək. Çərşənbə günü məlum olub ki, yanvarın 21-də Gürcüstan baş naziri səbəb göstərmədən müdafiə naziri Alasaniyanın baş nazirin müavini səlahiyyətlərindən məhrum edilməsi haqqında əmr imzalayıb. Ola bilər ki, yaxın günlərdə Alasaniyanın Müdafiə Nazirliyindən xaric ediləcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?