Almaniya Federal məclisində ölkənin növbəti prezidentinin seçkisi başa çatıb. Keçmiş xarici işlər naziri Frank-Valter Ştaynmayer Almaniyanın 12-ci prezidenti seçilib. Keçmiş prezident Yoahim Qauk 5 illik səlahiyyət müddəti bitəndən sonra namizədliyini irəli sürməmişdi. Ölkənin növbəti prezidentliyinə isə 5 namizəd iddialı idi. İddialılar içərisində əvvəlcədən də ən şansılısı Ştaynmayer sayılırdı.
Preizdent Federal yığıncaqda seçilir. Səsvermədə bundestaqın 630 deputatı və 630 federal torpaq nümayəndəsi iştirak edib. Seçkidə qalib olmaq üçün namizədə 631 səs kifayət edir. Seçkilərdə keçmiş XİN rəhbəri Frank-Valter Ştaynmayer qalib gəlib. Almaniya Federativ Respublikasının prezidenti əsasən, nümayəndəlik rolunu oynayır. Onun siyasi hakimiyyəti yoxdur.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?