Almaniyanın Köln şəhərində qurulan Alman Demokratlar Birliyi (Allianz Deutscher Demokraten / ADD) Partiyasının adına Köln məhkəməsindən qadağa qərarı gəlib. Buna səbəb partiyanın loqosunun sağçı partiya AfD-nin loqosuna bənzəməsi göstərilib.
Bu partiya təxminən 7 ay əvvəl Almaniya Parlamentinin “erməni soyqırımı” qanununu təsdiqləməsinə cavab olaraq iş adamı Remzi Aru, vəkil Ramazan Akbaş və Halil Ertem tərəfindən qurulmuşdu. Bu gün Ralf Höckerin ifrat sağçı irqçi partiyası AfD adına açdığı iddia nəticəsində partiyanın fəaliyyətinə Köln məhkəməsi tərəfindən qadağa qərarı gəlib. Almaniyada türk mənşəlilərin qurduğu siyasi partiyaya yasaq qərarında yaxınlaşan seçkilər ərəfəsində seçicilərin loqo bənzərliyi səbəbindən iki partiyanı qarışdıra biləcəyi əsas göstərilib.
Partiyanın mətbuat katibi Uğur Karadağ DHA müxbiri Mömin Karacaya məhkəmənin tərəfli olduğunu, onlara qarşı ikili standart sərgilədiyini bildirərək, qərara etiraz edəcəklərini söyləyib. Karadağ AfD-nin vəkilinin qərarı ictimai mediada paylaşdığını, onlara qarşı edilən təzyiqlərə baxmayaraq, böyüməyə davam edəcəklərini bildirib. Partiyanın ikinci rəhbəri Ramazan Akbaş isə qərara mütləq etiraz edəcəklərini deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?